Putin Donbası Kiyevə qaytarır – Sensasion gəlişmə
- 28.01.2020, 12:48,
- Dünya
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiya Prezidentinin köməkçisi Vladislav Surkovun istefası Vladimir Putinin “Donetsk Xalq Respublikası”(DXR) və “Luqansk Xalq Respublikası”nı (LXR) Ukraynaya təhvil verməsi niyyətinə şahidlik edə bilər.
Bunu “Apostrof”a müsahibəsində Rusiya Dumasının keçmiş deputatı İlya Ponomaryev deyib. O, Surkovun istefası məsələsinə 9 dekabrda Parisdə baş tutan Normand görüşündə qərar verildiyini bildirib:
“O zaman Surkovun reaksiyasından aydın oldu ki, Ukrayna tərəfi onu məğlub edə bilib. O, Putinə fərqli sənədlərin imzalanacağı vədini verirdi, bu isə baş vermədi. Ona görə də qaz danışıqlarına görə məsuliyyət daşıyan Dmitri Kozaka təyinat verilib. Putinin yeni müşaviri sələfindən fərqli olaraq, siyasi şəxs və intriqaya meyilli deyil. Bu, Putinin Donetsk və Luqanskı satmaq istəməsinə 100% şahidlik edir”. /Axar.az/