Husilərdən ABŞ gəmilərinə ikinci hücum: Ballistik raket və dronlar işə düşdü
- 17.03.2025, 10:20,
- Dünya
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Yəmənin Ənsar Allah hərəkatı Yəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisinə ikinci zərbəni endirib.
Məlumatı husilərin yaratdığı silahlı qüvvələr yayıb.
Bildirilir ki, 24 saat ərzində ikinci dəfə ABŞ-nin "USS Harry Truman" təyyarədaşıyan gəmisini Qırmızı dənizin şimalında vurublar: “Bir neçə saat davam edən hücum ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatlarından istifadə edilərək həyata keçirilib".
Bəyanatda deyilir ki, “Yəmən silahlı qüvvələri Amerikanın aviadaşıyıcı qrupunun təcavüzünü dəf edə bilib”. Husilər iddia edir ki, “raketlər və pilotsuz təyyarələr təyyarədaşıyan gəmiyə və digər gəmilərə atəş açdıqdan sonra düşmən qırıcıları havaya qalxdıqları yerə qayıtmağa məcbur olublar”.
Husilərin hərbi sözçüsü Yəhya Saria bazar günü bildirib ki, USS Harry Truman və onu müşayiət edən gəmilər 18 ballistik və qanadlı raket, həmçinin pilotsuz uçan aparatla hücuma məruz qalıb. O, husilərin Qırmızı dəniz və Ədən körfəzindəki ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirəcəklərini və İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədər Bab əl-Məndeb boğazından İsrailin kommersiya gəmilərinə mane olacağını bildirib.
