• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır

  • 30.06.2025, 10:19,
  • Dünya
  • Baxılıb: 38
ŞOK! Putinin mümkün varisləri açıqlandı – Rusiya elitası yeni dövrə hazırlaşır


Rusiyada siyasi kuluarları yenidən «varis» mövzusu silkələyir.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı Kreml ətrafında Vladimir Putinin gələcəkdə kim tərəfindən əvəzlənəcəyi barədə müzakirələr intensivləşib. Bu barədə məlumatı «Время Путина» Telegram kanalı yayıb.

Kanala görə, Kreml hələlik bu mövzuda rəsmi siqnal verməsə də, Rusiya elitasında gələcək rəhbərliklə bağlı böyük maraq var. Hazırda qeyri-rəsmi “potensial namizədlər” siyahısında aşağıdakı adlar yer alır:

• Mİxail Mişustin – hazırkı baş nazir, mövcud bürokratiyanın əsas təmsilçisi;

• Denis Manturov – baş nazirin birinci müavini, Rostex strukturları ilə əlaqəli, daha çox “razılaşdırılmış texniki fiqur” kimi dəyərləndirilir;

• İqor Krasnov – baş prokuror, güc blokunun nümayəndəsi və oradan gələn əsas namizəd.

Bundan əlavə, «varis şahzadələr» adlandırılan fiqurlar da müzakirə edilir:

• Dmitri Patruşev (Nikolay Patruşevin oğlu),

• Boris Kovalçuk (Yuri Kovalçukun oğlu),

• Anna Tsivilyova (Putinin qardaşı qızı).

Maraqlıdır ki, davamlı şayiələrə baxmayaraq, «qısa siyahıya» nə Aleksey Dumin, nə Yekaterina Tixonova, nə də Dmitri Medvedev düşüb.

Həmçinin bir qrup oliqarxiya və Kremlin texnokrat elitası Sergey Kiriyenkonu da Putinin potensial əvəzləyicisi kimi görür. Onlar onun idarəçilik təcrübəsini və mövcud təsirini bu baxımdan əsas arqument hesab edirlər.

Beləliklə, Kreml daxilində hələlik sükut olsa da, Rusiyanın siyasi zirvəsində gizli varislik planlarının hazırlanmaqda olduğu getdikcə daha açıq görünür.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Tesla xidmətə cəlb olundu

  • Bu gün, 09:37
  • 7
  • 0

Onlar belə maaş alacaqlar

  • Dünən, 13:11
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 222
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 176
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter