• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...

  • 11.03.2026, 15:30,
  • Dünya
  • Baxılıb: 16
Afrika ölkələri Avropadan təzminat tələb edəcək: 300 il əvvəl...


Afrika Birliyinə (AU) üzv dövlətlər kölə ticarəti ilə bağlı Qərbi Avropa ölkələrinə qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldırmağı planlaşdırırlar.

Britaniyanın "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, Afrika dövlətləri məhkəmələr vasitəsilə Böyük Britaniya, İspaniya, Portuqaliya və Fransadan təzminat tələb etmək niyyətindədirlər.

Onlar transatlantik kölə ticarətinin "bəşəriyyətə qarşı cinayət" olduğunu bildirirlər.

AU-nun hüquq məsləhətçisi Uqanda hakimi Martin Okumu Masiga qəzetə verdiyi müsahibədə tarixi cinayətlərə görə kompensasiya almaq üçün presedentlərin olduğunu qeyd edib: "Tarixi ədalətsizliklərə görə təzminatlar onilliklər sonra da mümkündür. Almaniya Holokost üçün təzminat ödəyib. ABŞ İkinci Dünya Müharibəsi zamanı həbsdə olan yapon mənşəli amerikalılara kompensasiya ödəyib. Birləşmiş Krallıq Keniyada müstəmləkə hakimiyyəti dövründə törədilmiş kobud insan hüquqları pozuntularının qurbanlarına kompensasiya ödəyib".

2023-cü ildə Amerika konsaltinq şirkəti Brattle Group 30-dan çox ölkənin Qərb dövlətlərindən transatlantik kölə ticarəti üçün təzminat ala biləcəyini açıqlayıb. Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Patrik Robinsonun həmmüəllifi olduğu hesabata görə, təkcə Birləşmiş Krallıq 24 trilyon dollar təzminat ödəməlidir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter