• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar

  • 10.04.2026, 16:00,
  • Dünya
  • Baxılıb: 21
Xəstəxanalarda yeni qayda: həkimi rənginə görə tanıyacaqlar


Rusiyada xəstəxanalarda tibb işçiləri üçün yeni geyim qaydaları tətbiq olunur.

Rusiya Səhiyyə Nazirliyi tərəfindən hazırlanan tövsiyələrə əsasən, artıq xəstəxanalarda işçiləri geyimlərinin rənginə görə fərqləndirmək mümkün olacaq.

Yeni qaydalara görə, ümumilikdə 6 rəngdən ibarət sistem müəyyən edilib. Belə ki, bənövşəyi rəng rəhbərlik üçün, tünd yaşıl həkimlər üçün, açıq yaşıl orta tibb personalı üçün, lavanda rəngi kiçik tibb personalı üçün, göy inzibati işçilər üçün, boz isə İT mütəxəssisləri və təsərrüfat xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub.

Bildirilib ki, bu sistem pasiyentlərin xəstəxanada kimlə ünsiyyətdə olduqlarını daha asan müəyyən etməsinə kömək edəcək və ümumi nizam-intizamı artıracaq.

Bununla yanaşı, tibb işçilərinin ayaqqabıları ilə bağlı da yeni tələblər müəyyənləşdirilib. Tövsiyələrə əsasən, ayaqqabıların altlığı elastik, sürüşməyə qarşı relyefli və 2-3 santimetr qalınlığında olmalıdır. Bu isə həm təhlükəsizliyi artırmaq, həm də uzun müddət ayaq üstə çalışan personalın yorğunluğunu azaltmaq məqsədi daşıyır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter