• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ

  • 12.06.2026, 09:45,
  • Dünya
  • Baxılıb: 4
Ukrayna Rusiya günündə Moskvanı BELƏ "TƏBRİK ETDİ" - Nəhəng zavodlar ALOV İÇİNDƏ


İyunun 12-də səhər tezdən Rusiya ərazisi Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Rusiyanın Samara vilayətində "Tolyattikauçuk", Tatarıstanda isə "Nijnekamskneftexim" kimya zavodları dron zərbələri ilə hədəf alınıb.

Zavodun yerləşdiyi Tolyatti şəhərində baş verən silsilə partlayışlardan sonra ərazidən qatı qara tüstü ucalmağa başlayıb. Sosial şəbəkələrdə hadisə yerindən foto və videolar paylaşılır.

"Tolyattikauçuk" Rusiya Federasiyasının ən böyük neft-kimya müəssisələrindən biridir. Burada sənaye, nəqliyyat və xüsusi təyinatlı texnikada istifadə olunan sintetik kauçuk, polimerlər, monomerlər və avtomobil benzinləri üçün qatqılar istehsal edilir.

Zavod, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyətinə dolayı yolla dəstək verən xammal zəncirinin mühüm halqası hesab olunur.

"Nijnekamskneftexim" isə Rusiya Federasiyasında yük avtomobillərinin şinləri üçün möhkəm kauçuk istehsal edən ən böyük müəssisədir və Rusiya Silahlı Qüvvələri üçün antifriz tədarük etmək sertifikatına malik yeganə şirkətdir. Bundan əlavə, zavod kauçuk istehsalı üzrə liderdir. Belə ki, müəssisə Rusiya bazarının 50%-ni, dünya bazarının isə 43%-ni təmin edir.

Xatırladaq ki, iyunun 12-də Rusiyada dövlət bayramı - Rusiya Günü qeyd olunur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 224
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 180
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter