Fidan: Ərdoğan Putinlə məsləhətləşir
- 03.07.2026, 09:33,
- Dünya
Baxılıb: 4
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə regional məsələlərlə bağlı müntəzəm məsləhətləşmələr aparır.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Bildiyiniz kimi, prezidentimiz daim cənab Putinlə məsləhətləşir. Çünki bizim üçün vacib olan bölgəmizə, Qara dəniz hövzəsində davam edən münaqişəyə baxın. Qafqaz bizim üçün vacibdir, Mərkəzi Asiya və Yaxın Şərq də elədir. Və bütün bu bölgələrdə, eləcə də Afrika və Liviyada Türkiyə effektiv xarici və iqtisadi siyasət yürüdür", - deyə o, CNN Türk -ə deyib.
Fidan əlavə edib ki, əgər qarşı tərəfin niyyətlərini bilmirsinizsə, bütün planlarınızı ən pis ssenariyə əsasən qurmalı olacaqsınız.