• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Amerikalı jurnalist: "Ermənistan beynəlxalq hüququ pozur"

  • 12.10.2020, 14:08,
  • Dünya
  • Baxılıb: 73
Amerikalı jurnalist: "Ermənistan beynəlxalq hüququ pozur"


"Ermənilər Azərbaycanı geri çəkilməyə məcbur etmək üçün mülki hədəflərə hücum edərək bu yolla vahimə və qarışıqlıq yaradacaqlarını açıq şəkildə bəyan ediblər".
Bu barədə “Report”a bildirən amerikalı hərbi jurnalist Bancamin Minik Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhə xəttindən uzaqdakı şəhərlərinə raket hücumlarını dəyərləndirib.

“Ermənistan Azərbaycana mümkün qədər çox ziyan vurmağa köklənib. Hər müharibədə infrastrukturu dağıdıb məhv etmək başlıca məsələdir. Onlar isə daha irəli gedib uşaqlara, qadınlara hücum edirlər. Yəni belə çıxır ki, onların əsl məqsədi işğal etdikləri əraziləri saxlamaq yox, daha da genişləndirməkdir”, – jurnalist deyib.

O, beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına dair BMT qətnamələrini yerinə yetirməyi təmin etməsinin vacibliyini qeyd edib:

“Ermənilər Azərbaycan ərazisindən çıxmağı rədd etməklə beynəlxalq hüququ pozurlar. ATƏT-in Minsk qrupu elə əvvəlcədən səmərəsiz olub. Həmsədrlərin dəyişməsi faydalı ola bilər, amma mövcud fəaliyyətsizliklərini də uzada bilər. Bu qrup məsələni həll edən vasitəyə yox, bir növ monitorinq qurumuna cevrilib”.

Xatırladaq ki, humanitar atəşkəs elan edildikdən sonra oktyabrın 11-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 9 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter