Heydər Əliyev Kəlbəcərin işğaldan azad edilməsi barədə NƏ DEMİŞDİ? - TARİXİ VİDEO
- 25.11.2020, 15:02,
- Gündəm / Siyasət / Video
Baxılıb: 103
Facebook
Вконтакте
Одноклассники
Google+
Məlum olduğu kimi bu gün Kəlbəcər rayonu 27 ildən sonra erməni işğalından azad edilib.
Ümummilli lider Heydər Əliyevin 90-cı illərin ortalarında Kəlbəcər ictimaiyyətinin nümayəndələriylə görüşünün lent yazısını əldə edib. Heydər Əliyev görüşdə bildirir ki, Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir:
"Çox zəngin təbiəti, tarixi abidələri, Azərbaycan torpaığının qədim dövrlərdən indiyə qədər tarixini öz qəlbində, öz sinəsində, qoynunda saxlayan Azərbaycanınn ərazisinin bir hissəsidir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə, həm də iqliminin gözəlliyinə, insanlarının fədakarlığına görə həmişə respublikamızda çox hörmət ehtiram içində olubdur. Kəlbəcər Azərbaycann ayrılmaz parçasıdır, hissəsidir. Heç şübhə yoxdur ki, o gün gələcəkdir ki, Kəlbəcər erməni silahlı qüvvələrinin işğalından azad olacaqdır. Kəlbəcərin sakinləri - bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar".
Həmin görüşdən olan videomaterialı təqdim edirik: