• 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 14:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 14:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 17:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir - ÖZƏL

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirir - ÖZƏL


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcovdur.

248 nömrəli tam orta məktəb 1969-cu ildən istifadəyə verilib. Məktəb Nizami Nərimanovun adını daşıyır. Fəaliyyət göstərdiyi müddət ərzində məktəbimiz gənc nəslin gələcəyə uğurlu addımlar atmasında böyük rol oynamışdır. Məktəbdə 42 sinif otağı, biologiya, fizika, kimya və 2 İnformatika kabineti fəaliyyət göstərir. Məktəb 1050 yerlikdir. Məktəbdə 1 akt zalı, 1 idman zalı,1 bufet,1 kitabxana,1 tibb otağı şagirdlərə xidmət göstərir. Məktəb Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2013-ci ildə əsaslı təmir edilmişdir və cənab Prezidentimiz İlham Əliyev məktəbin açılışında iştirak etmişdir. Hal-hazırda məktəbdə 1247 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 97 nəfər müəllim məşğul olur. Müəllimlərdən 93 nəfər müəllim ali təhsilli,4 nəfər isə orta ixtisas təhsillidir. Tədris iki dildə- Azərbaycan və rus dillərində aparılır.

248 saylı tam orta məktəbin müasir avadanlıqlarla təchiz edilib. Sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, idman və akt zalları qaydasındadır. Təbii ki, yaradılan şərait təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcovun adı, İctimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

248 saylı tam orta məktəbin direktoru Xəyyam Fərəcov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki Xəyyam Fərəcov dərs də dinləyir, məktəbin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Xəyyam Fərəcov tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də məktəbin direktoru Xəyyam Fərəcov məktəbin müəllimləri ilə birgə bütün sinif otaqlarında olmuş, şagirdlərlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı siniflərdə dərslərdə olmuşdur.

Bütün 248 saylı tam orta məktəbində göstərdiyi qayğıya görə məktəb müəllimləri və valideynlər Xəyyam Fərəcova təşəkkür edirlər.
Yaxşı ki, Xəyyam Fərəcov 248 nömrəli məktəbin direktoru seçilib… Xəyyam müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Bizdə hörmətli Xəyyam Fərəcovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 32 dərəcə isti olacaq

  • 26-04-2024, 16:00
  • 9
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 090
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 459
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter