Göyçayda Şəhid ailələri, yaralılar və müharibə iştirakçıları ilə görüşlər davam edir
- 01.03.2021, 10:46,
- Gündəm / Cəmiyyət
Baxılıb: 78
Facebook
Вконтакте
Одноклассники
Google+
Rayon İcra Hakimiyyətinin başçısı yaralı zabitimizlə görüşdü
Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi qazisi Göyçay şəhər sakini, baş leytenant Arif Hüseynlə görüş keçirmişdir.
Bundan əvvəl keçirilən görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı qazinin yaşadığı mənzilin təmir edilməsi ilə bağlı müvafiq tapşırıq vermiş, qısa müddət ərzində evdə təmir işləri aparılmış, lazımi məişət avadanlıqları ilə təmin olunmuşdur.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı A.Hüseynə təşəkkürnamə təqdim etmiş və Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı Qələbədə rolu olan qaziyə təşəkkürünü bildirərək qeyd edib ki, şanlı Qələbəmizin qazanılmasında hünər göstərən soydaşlarımıza həmişə dərin hörmət və qayğı göstəriləcəkdir.
Yaralı A.Hüseyn müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs etmiş, eyni zamanda Qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə etmişdir.
Şəhid ailələri, yaralılar və müharibə iştirakçıları ilə görüşlər davam edir
Rayon İcra Hakimiyyətinin başçısı Məlikkənd kəndində Şıxəmir, Şıxbəy, Kürdşaban, Yenikənd, Çaxırlı kəndlərindən olan şəhidlərin ailə üzvləri, qazilər, əsgərlər və kənd sakinləri ilə görüş keçirtmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son bir ildə ölkəmizdə siyasi, sosial və hərbi sahədə əldə olunan nəticələr, qarşıda duran vəzifələr, həmçinin pandemiya dövründə aparılan mübarizə tədbirləri və ölkəmizdə o cümlədən Göyçayda İkinci Qarabağ müharibəsində göyçaylıların könüllü olaraq cəbhəyə getmələrindən, şücaətindən, qərhərmanlığından, igidliyindən və şəhidlərin dəfninin izdihamla keçirilməsindən bəhs etmiş, qeyd etmişdir ki, şəhid ailələrinə və qazilərə ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığına əsasən dövlət qayğısının göstərilməsi rayonumuzda da yüksək səviyyədə aparılır.
Rayon rəhbəri Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan komissiyaya edilən müraciətlərin araşdırılmasını və qanuni şəkildə adların verilməsini qeyd etdi.
Sonra Kürdşaban kənd sakini, şəhid atası Əliyev Elnur Azər oğlu görüşün təşkil olunmasına görə təşəkkürünü bildirmiş və Kürdşaban kənd orta məktəbin qarşısına şəhidlərin fotoşəkillərindən ibarət lövhənin vurulmasını xahiş etmişdir. Görüşdə çıxış edən kənd sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.
Görüş karantin qaydalarına uyğun olaraq keçirilib.
Son günlər Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə haqqında mətbuatda müxtəlif iddialar səsləndirilir. Bu rayona rəhbər təyin edilən Mehdi Səlimzadə qarşı bu kampaniyanın qərəzli omasının ən bariz sübutu onun bu rayona təyinatından əvvəlki problemləri də icra başçısının adına yazmaq cəhdləridir. Halbu ki, Göyçay rayon sakinləri real durumun fərqli olduğunu bilirlər. Göyçayın bir neçə il əvvəlki görnüşü ilə indiki abadlığı arasındakı fərq də hər şeyi ortaya qoyur.
Göyçay Rayon icra hakimiyyətininin mətbuat xidmətinin rəhbəri bizimlə söhbətində yazılanların cəfəngiyyat olduğunu bildirdi: ” Göyçaylılar kimin kim olduğunu yaxşı bilir və görülən işlərə də dəyər verirlər. Respublika boyunca aparılan abadlıq quruculuq işləri bir neçə aydır ki, Göyçayda hiss olunur. Rayon sakinləri qısa müddət ərzində simasını dəyişən və gözəlləşən rayonları ilə fəxr edirlər. Yazılanların isə nəinki heç bir əsası yoxdur, heç bu yazılarda zərrə qədər də həqiqət yükü yoxdur. Azərbaycan iqtisadiyyatının güclənməsi, eyni zamanda ölkə başçısının respublikanın hər bir ərazisinin abadlaşmasına yaxından göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Göyçay rayonu da ilbəil gözəlləşir, sürətlə inkişaf edir. Rayon ərazisindəki küçə və xiyabanların yenidən qurulması, yeni istirahət parklarının salınması, müasir tələblərə cavab verən inzibati binalar, təhsil, səhiyyə müəssisələrinin inşa edilməsi bunun bariz sübutudur. Qeyd edək ki, mədəniyyət obyektlərinin yeniləşdirilməsi də xüsusi diqqətdə saxlanılır, gənc nəslin sağlam böyüməsini təmin etmək və bu sahəyə marağı artırmaq məqsədi ilə rayon ərazisində hər cür şəraiti olan idman mərkəzi də yaradılıb.
Görünən odur ki, rayon rəhbərliyi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün işgüzar mühitin formalaşmasına nail olub. Belə ki, Mehdi Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra bu rayonda sözün həqiqi mənasında bir sıçrayış, tərəqqi hiss olunmağa başladı. Elə ilk gündən rayonda böyük abadlıq, quruculuq işlərinə start verildi. Yollar genişləndirildi, gözəl binaların tikintisinə başlanıldı. Bu hələ görülən işlərin ilk mərhələsi idi. Regionun digər rayonları kimi, Göyçayda da yeni iş yerləri açılır, əhalinin məşğulluq səviyyəsi, sosial rifahı artır. Göyçay rayonuna kimin yolu düşürsə, sözün əsl mənasında, burada gördüklərinə heyran olur. Çünki rayon mərkəzi gündən-günə dəyişilir. Burada yeni istirahət mərkəzləri yaradılır, müasir memarlıq üslubunda tikilmiş binalar göz oxşayır. İnfrastuktur yenilənir, əhalinin məişət şəraiti yaxşılaşır, mavi yanacaq, içməli su, elektrik enerjisi sarıdan əvvəllər mövcud olan problemlər sürətlə aradan qaldırılır. Beləliklə, ölkəmizin iqtisadi qüdrətinin artması, Azərbaycanın hər bir yerində müşahidə olunan davamlı inkişaf Göyçay rayonunda da aydın hiss olunur. Rayonda əhəmiyyətli infrastruktur və sosial layihələr həyata keçirilib, geniş abadlıq-quruculuq işləri davam etdirilib, bütün istiqamətlərdə uğurlar əldə olunub, insanların rifahı daha da yaxşılaşıb.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 173
- 5 502
- 10-02-2022, 10:36
- 28 440
- 244
- 7-04-2022, 11:57
- 21 610
- 207
- 26-04-2019, 16:16
- 16 168
- 45
- 18-09-2019, 10:29
- 13 679
- 119
- 12-12-2020, 12:00
- 13 419
- 92
- 11-04-2022, 16:00
- 11 878
- 12
- 15-05-2019, 20:27
- 11 101
- 54
- 24-05-2020, 23:28
- 10 010
- 3
- 26-04-2019, 15:39
- 9 504
- 99
- 27-04-2019, 10:08
- 9 071
- 2
- 23-10-2019, 21:00
- 8 087
- 1
- 29-11-2019, 09:00
- 7 934
- 3
- 13-05-2020, 22:05
- 7 792
- 0
- 28-04-2019, 20:56
- 7 558
- 2
- 23-04-2019, 21:57
- 7 330
- 2
- 11-03-2022, 12:24
- 310 173
- 5 502
- 10-02-2022, 10:36
- 28 440
- 244
- 7-04-2022, 11:57
- 21 610
- 207
- 7-11-2019, 09:36
- 6 128
- 127
- 18-09-2019, 10:29
- 13 679
- 119
- 26-04-2019, 15:39
- 9 504
- 99
- 12-12-2020, 12:00
- 13 419
- 92
- 22-12-2021, 14:22
- 4 785
- 58
- 10-02-2023, 10:54
- 4 327
- 57
- 15-05-2019, 20:27
- 11 101
- 54
- 26-04-2019, 16:16
- 16 168
- 45
- 14-01-2020, 09:33
- 6 835
- 20
- 11-04-2022, 16:00
- 11 878
- 12
- 27-03-2021, 14:25
- 5 005
- 7
- 29-11-2021, 09:36
- 4 598
- 5
- 29-09-2020, 11:15
- 5 021
- 5
- 24-09-2020, 11:41
- 5 056
- 5
- 16-05-2019, 14:19
- 6 950
- 5
- 15-05-2019, 09:47
- 5 289
- 5
SOSİAL ŞƏBƏKƏLƏR