• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

DAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUB

DAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUB


Martın 17-də Daşkəsən rayonu ərazisində yerləşən yeni tikilmiş ən müasir tipli “N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə Novruz bayramı qeyd olunub. Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firat Əliyev, Hərbi Prokurorluğun əməkdaşı Nihat Şıxəliyev, Gəncə hərbi prokuroru Əmrah Mehtiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.
Əhəd Abıyev hərbçilərlə bayram görüşündə təbrik nitqi söyləyib. O, çıxışında deyib:
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaqdır.
Gəlin 1 dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad edək...
Hər birinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizlərə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və Vətəni qorumaq kimi bu şərəfli xidmətinizdə uğurlu qələbələr arzulayıram.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, sərhəd bölgələrində əsgər və zabitlərlə bayram tədbirlərində görüşlər keçirilir. Bu gün də Novruz bayramına dair planlı tədbirdə Azərbaycan Respublikasının Hərbi prokuroru hörmətli Xanlar Vəliyev sizlərin bayramını təbrik edərək salamlayır. bugünkü tədbirdə rayon prokuroru, polis rəisi, məhkəmə sədri, SHXÇDX-nin rayon bölməsinin rəisi, DTX-nin şöbə rəisi və rayonun ictimaiyyət nümayəndələri İcra hakimiyyəti ilə birgə başda Ali Baş Komandan olmaqla Azərbaycan Respublikasının Hərbi Prokurorluğun və Müdafiə Nazirliyinin kollektivini bayram münasibətilə təbrik edir.
Bildiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanmış 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, müzəffər ordumuz erməni təcavüzünə məruz qalmış ərazilərimizi işğaldan azad etmişdir.
Rəşadətli Azərbaycan Ordusu qəhrəmancasına döyüşərək 30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımızı işğalçılardan təmizləyib xalqımıza böyük qələbə sevinci yaşatdı. Bütün dünyanın gözü qarşısında Azərbaycan əsgəri məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi və qətiyyəti ilə yalnız öz gücünə və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa etdi.
Bu gün inamla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan Ordusunun müasir hərbi texnika ilə təchiz edilməsinə, məişət problemlərinin həllinə, hərbi infrastrukturun yaradılmasına ciddi əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordusu ilə fəxr edir.
Eşq olsun Azərbaycan Ordusuna!
Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin də Novruz bayramı mübarək olsun!
Sizləri bir daha da ən əziz bayram olan Bahar bayramı münasibətilə təbrik edirəm, sizlərə yeni-yeni müvəffəqiyyətlər və uğurlar arzulayıram.
Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz cənab İlham Əliyev də xalqımızı, dövlətimizi.
Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Firat Əliyev Respublika hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevin Novruz bayramı münasibətilə əsgər və zabitlərə ünvanladığı təbrik məktubunu oxuyub.
Digər çıxış edənlər də Novruz bayramı münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara cansağlığı, xidməti uğurlar arzulayıblar.
Tədbirin sonunda rayon ictimaiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə gətirilən bayram sovqatı və xonçalar əsgərlərə paylanılıb və Respublika Hərbi Prokurorluğu tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə bayram hədiyyələri təqdim edilib.

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUBDAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUBDAŞKƏSƏNDƏ HƏRBİ HİSSƏDƏ NOVRUZ BAYRAMI QEYD OLUNUB
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 22
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 062
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 751
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter