Sürətli inkişaf yolunda olan rayonlardan biri də Sabunçu rayonudur - ÖZƏL+FOTOLAR
- 09.10.2019, 15:08,
- Gündəm / Cəmiyyət
Baxılıb: 436
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin Bakıxanov qəsəbəsində yerləşən 96 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi, Bakıxanov bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Şər və Böhtan yazanlara tutarlı cavab - Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır
HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......
Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Sabunçu Rayonunda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "Adil Vəliyev yola salınır - Daha bir icra başçısı dəyişdiriləcək". Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.
Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.
Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .
Azərbaycan sürətli inkişaf yolundadır. Bunun əyani sübutu ölkəmizin iqtisadiyyatının inkişafı, əhalinin maddi rifah halının yüksək həddə çatması, xarici sərmayənin total şəkildə məmləkətimizə axını, habelə regionların davamlı və analoqu olmayan hədd yüksəlməsidir. Aydın məsələdir ki, bütün bunlar Ulu Öndər Heydər Əliyevin miras qoydugu və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir.
Bakı günü-gündən böyüyür və gözəlləşir. Sabunçu rayonu da yenidənqurma-abadlıq axarından geri qalmır. Son illər Sabunçu rayonunda onlarla park, məktəb, uşaq bağçası yenidən qurulub, yeni idman kompleksləri, stadionlar tikilib, bir çox binalar əsaslı təmir edilib. Həyata keçirilən və perspektiv layihələr Sabunçu rayonunun əhəmiyyətini daha da artırır. Rayonda yeni iş yerlərinin açılmasında, əhalinin maddi-mədəni ehtiyacının ödənilməsində vacib rol oynayan bu layihələr Azərbaycanın inkişafının təzahürü və göstəricisidir.
Sürətli inkişaf yolunda olan rayonlardan biri də Sabunçu rayonudur. Prezident İlham Əliyevin əmr və tapşırıqlarını, göstərişlərini, tövsiyyələrini Adil Vəliyev operativ və dəqiqliklə yerinə yetirməsi sayəsində rayon gündən günə gözəlləşir və abadlaşır. Qeyd edək ki, Adil Vəliyev Sabunçu icra başçısı təyin edilməsindən 7 il zaman keçib.
Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdir.
Adil Vəliyev adı, rayon ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..
Adil Vəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Adil Vəliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Adil Vəliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Adil Vəliyevin böyüklüyü onun sadəliyində və vətəndaşlara insani münasibətindədi!
Adil Vəliyev vətəndaşlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Adil Vəliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Sabunçu Rayon İcra Hakimiyyəti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 956
- 5 494
- 10-02-2022, 10:36
- 28 362
- 244
- 7-04-2022, 11:57
- 21 499
- 207
- 26-04-2019, 16:16
- 16 086
- 45
- 18-09-2019, 10:29
- 13 606
- 119
- 12-12-2020, 12:00
- 13 322
- 92
- 11-04-2022, 16:00
- 11 805
- 12
- 15-05-2019, 20:27
- 11 017
- 54
- 24-05-2020, 23:28
- 9 936
- 3
- 26-04-2019, 15:39
- 9 416
- 99
- 27-04-2019, 10:08
- 8 997
- 2
- 23-10-2019, 21:00
- 8 012
- 1
- 29-11-2019, 09:00
- 7 860
- 3
- 13-05-2020, 22:05
- 7 719
- 0
- 28-04-2019, 20:56
- 7 485
- 2
- 23-04-2019, 21:57
- 7 253
- 2
- 11-03-2022, 12:24
- 309 956
- 5 494
- 10-02-2022, 10:36
- 28 362
- 244
- 7-04-2022, 11:57
- 21 499
- 207
- 7-11-2019, 09:36
- 6 006
- 121
- 18-09-2019, 10:29
- 13 606
- 119
- 26-04-2019, 15:39
- 9 416
- 99
- 12-12-2020, 12:00
- 13 322
- 92
- 22-12-2021, 14:22
- 4 699
- 57
- 15-05-2019, 20:27
- 11 017
- 54
- 10-02-2023, 10:54
- 4 202
- 51
- 26-04-2019, 16:16
- 16 086
- 45
- 14-01-2020, 09:33
- 6 762
- 20
- 11-04-2022, 16:00
- 11 805
- 12
- 27-03-2021, 14:25
- 4 932
- 7
- 29-11-2021, 09:36
- 4 525
- 5
- 29-09-2020, 11:15
- 4 945
- 5
- 24-09-2020, 11:41
- 4 982
- 5
- 16-05-2019, 14:19
- 6 877
- 5
- 15-05-2019, 09:47
- 5 216
- 5
SOSİAL ŞƏBƏKƏLƏR