• 11:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 13:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 10:38 – Prezident onları təltif etdi - FOTO 
  • 10:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Allahverdi Xudaverdiyev: Quba – inkişaf edən diyar

Allahverdi Xudaverdiyev: Quba – inkişaf edən diyar


Allahverdi Xudaverdiyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Quba Rayon İcra Hakimiyyətində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayon günü-gündən gözəlləşir Quba rayonu Azərbaycan Respublikasının dövlətçilik tarixində hər zaman xüsusi yeri və çəkisi olan rayonlardan biri olub.

Son günlər Quba rayonunda alqışa layiq işlərin görülməsi bir növ rayon sakinlərinin böyük sevincinə səbəb oldu.

Bunlardan əlavə ölkə başçısının rayona olan diqqət və qağısı görülən işlərin bariz nümünəsidir. Etiraf edək ki, Quba rayonu cənnətməkana çevrilməklə digər rayon sakinlərini buradakı tərəqqiyə dövlət başçısı tərəfindən verilən yüksək qiymətdən məmnundur. Cənab prezident İlham Əliyev demişdir:

Allahverdi Xudaverdiyev: Quba – inkişaf edən diyar


“Qubanın çox gözəl turizm potensialı var. Ümumiyyətlə, hesab edirəm ki, bu zona turizm üçün ən cəlbedici zonadır. İndi müasir otellər, əyləncə və istirahət yerləri tikilir. Bu bölgənin inkişafı üçün Qəbələdə bir neçə il bundan əvvəl beynəlxalq aeroport tikilmişdir. Digər qonşu rayonlarda işlər gedir. Gözəl otellər tikilir. Qubanın da çox gözəl turizm imkanları var. Əminəm ki, biz bu imkanlardan səmərəli şəkildə istifadə edəcəyik”.

Bəli, bu gündə Quba rayonunda görülən işlər yüksək qiymətləndirilir. Əlbətdə ki, buda Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Başçının birinci müavini Allahverdi Xudaverdiyevin tələbkarlığından irəli gəlir. Təəsüflər olsun ki, bəzi quvvələr rayonda ən yüksək səviyyədə göyülən işlərə kölgə salmaq üçün müəyyən metotdlardan istifadə etməyə çalışırlar. Lakin unutmaq lazım deyil ki, rayona el ağsaqqalı təyin olunan Ziyəddin müəllim bütün maneələri dəf edərək rayonun daha da abadlaşması üçün əlindən gələni əsirgəmədi.

Bir sözlə, qubalılar Ziyəddin müəllimi sevir və ona olan dərin minnətdarlıqlarını hər zaman bildirəcək. Rayon ağsaqqallarının ölkə mətbuatına müraciəti yuxarıda qeyd etdiklərimizi bir daha isbatladı. İnanırıq ki, Ziyəddin müəllim bundan sonrada daim rayon sakinlərinin yanında olacaq və onların problemlərinin istiqamətində lazımı addımlarını atacaqdır. Ən azından gürülən işlər bunu deməyə əsas verir.

Allahverdi Xudaverdiyev: Quba – inkişaf edən diyar


Allahverdi Xudaverdiyev əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

*******************

Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da 2019-cu ilin birinci rübündə xeyli işlər görülmüş və qarşıya qoyulmuş vəzifələrin maksimum həllinə səy göstərilmişdir.
Rayon üzrə ümumi məhsul buraxılışının həcmi birinci rüb ərzində 74 milyon 107 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz artım), sənaye məhsullarının ümumi həcmi 9 milyon 286 min 700 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz artım), kənd təsərrüfatı məhsullarının həcmi 14 milyon 367 min 300 manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artım) olmuşdur.
Rayonun cəmi gəlirləri 2 milyon 817 min 500 manat təyinata qarşı 4 milyon 796 min 600 manat və ya 170,2 faiz, yerli xərcləri isə 2 milyon 400 manata qarşı 1 milyon 261 min 500 manat və ya 63,1 faiz icra edilmişdir.
2019-cu ilin birinci rübündə rayonda tikinti, abadlıq və quruculuq sahəsində də bir çox işlər görülmüşdür. Hazırda davam etdirilən işlər rayonumuzun əhalisi və qonaqlarımız tərəfindən rəğbətlə qarşılanır.
2018-ci ildə tikintisinə başlanmış “Yeni Quba” yaşayış kompleksinin tikintisində işlər davam etdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2018-ci il tarixli, 541 nömrəli sərəncamı ilə Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün vəsait ayrılmış və hazırda həmin binanın tikinti sahəsində ərazi planlaşdırma işləri aparılır.
Quba şəhəri Heydər Əliyev prospekti 196 və Fətəli xan küçəsi 79 ünvanda yerləşən 5 mərtəbəli yaşayış binalarının dam örtükləri təmir edilmişdir.

Allahverdi Xudaverdiyev: Quba – inkişaf edən diyar


Rayonun ərazisində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında da müəyyən işləri görülmüşdür. Yollarda çalaların və yol çiyinlərinin təmiri işləri aparılmış, küveytlər və yolların yaşıllıq hissələri təmizlənmişdir.
Quba şəhərində Əliqulu Nərimanov, Bəşir Səfəroğlu, Maksim Qorki, Nizami, Ə.Mustafayev və Vaqif küçələrində və 15-ci məhəllə ərazisində asfalt örtüyünün təmiri işləri başa çatdırılmışdır. Rayonun kənd təsərrüfatı sahəsində müəyyən işlər görülmüşdür.
Payızlıq taxıl sahələrinin 3480 hektarında gəmiricilərə qarşı mübarizə işləri aparılmış, 6160 hektarında yemləmə gübrələri verilmişdir.
Hazırda meyvə bağlarında yaz becərmə işləri həyata keçirilir.

Rayon icra hakimiyyətinə 315 vətəndaş şifahi müraciət etmişdir ki, onların da 79 nəfəri Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmişdir. Rayonun ayrı-ayrı ərazilərində 8 səyyar görüş-qəbul da keçirilmiş və bu qəbullar zamanı 39 nəfər vətəndaşın müraciəti qeydə alınmışdır.
Rayonumuzun hüquq-mühafizə orqanları tərəfindən ictimai sabitliyin qorunub saxlanması üçün bütün zəruri tədbirlər həyata keçirilmişdir.

Çətin və şərəfli işində Quba RİH başçısı cənab Ziyəddin Əliyevə uğurlar diləyirik.
Allahverdi Xudaverdiyev: Quba – inkişaf edən diyar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 134
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 493
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter