• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB


Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

Son illərdə Bakıda müasir üslubda tikilmiş hündürmərtəbəli binalar sırasına daha biri əlavə olundu. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə yerləşən İqtisadiyyat Nazirliyinin yeni inzibati binası müasir memarlığı ilə diqqəti cəlb edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına yeni binada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, yeni inzibati binada 772 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Burada müasir multimedia vasitələri ilə təchiz olunmuş, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı, həmçinin iş, iclas otaqları yaradılıb.

Bina mərkəzi dairəvi özəyə bağlanmış bir-birindən asılı olmayan beş kub formasında tikilidən, hər kub isə beş ofis mərtəbəsindən ibarətdir və sütunsuz açıq bağçalı terasla yuxarıdakı qonşu kubdan unikal formada ayrılır. Bundan əlavə, hər bir mərtəbə aşağıdakı növbəti mərtəbələrlə müqayisədə 1,2 dərəcə dönür və nəticədə ümumilikdə aşağıdan yuxarıya 40 dərəcəlik fırlanma effekti yaranır.

Diqqətə çatdırıldı ki, inşaat qrupu yenilikçi həll yolu olan, hər bir kubun altında polad fermalardan istifadə edərək, dəmir beton sütunları və perimetr boyu yerləşən tirlərdən gələn yükləri bina özəyinə ötürən bir sistem dizayn edib. Tikintinin dizaynı 2020-ci ildə ABŞ-da “İnşaat Mühəndisliyində Mükəmməllik” və “Ləyaqət” mükafatlarına layiq görülüb.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin yeni inzibati binası geniş quruculuq meydanına çevrilən, dünyanın ən gözəl və müasir şəhərlərindən biri olan Bakının memarlığı, müasirliyi ilə harmoniya təşkil edərək paytaxtımızı daha da gözəlləşdirir.

***

Mayın 29-da İqtisadiyyat Nazirliyinin yeni inzibati binası istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib.

İlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİBİlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİBİlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİBİlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİBİlham Əliyev İqtisadiyyat Nazirliyinin yeni binasının açılışında iştirak edib - YENİLƏNİB
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 42
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 42
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 49
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 082
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 778
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter