• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Rafael Mehrəliyev: Azərbaycan -Türkiyə arasındakı əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir

Rafael Mehrəliyev: Azərbaycan -Türkiyə arasındakı əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir


Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rafael Mehrəliyev - Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq ən yüksək səviyyədədir. İki qardaş ölkə arasında olan bu dostluq, əməkdaşlıq münasibətləri hər birimizə qürur verir, bizi ilhamlandırır. Ulu öndər Heydər Əliyev demişkən: “Bir millət, iki dövlət” arasındakı münasibətlərə heç bir qüvvə mane ola bilməz. Mustafa Kamal Atatürkün söylədiyi tarixi sözlərin: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” həqiqətini bu gün bütün dünya görür. 44 günlük müharibə ərəfəsində də bu ulu öndərlərin söylədiyi tarixi sözləröz əksini taparaq, bütün dünyaya göstərdi ki, bu iki dövlət, bir xalqdır. Onlar qədər bir – birinə yaxın münasibətdə olan, başqa iki dövlətə rast gəlmək mümkün deyil. Həmin anlarda Türkiyə Azərbaycanın haqq mübarizəsinə qoşularaq, haqq mübarizəmizi dəstəklədi. Ermənistanın işğalçılıq və terrorizm siyasətini ifşa edən açıqlamaları ilə bütün dünyaya mesaj göndərərək, Azərbaycanın tək olmadığınıhər kəsə çatdıraraq, onun ərazi bütövlüyünü - bütün istiqamətlərdə onu hərtərəfli dəstəklədiyini və Azərbaycanın yanında olduğunu göstərdi. Azərbaycan da bütün sahələrdə Türkiyəni dəstəkləyir və bu iki dövlətin bir – birinə olan münasibəti, əslində bütün dünya üçün örnəkdir.

Tarixin hər hansı bir çətin anlarında da bu iki ölkə həmişə birlikdə olmuşlar. Onların dostluğu sözdə deyil, əməldə özünü bütün xalqlara nümayiş etdirir.

Prezident İlham Əliyev: “Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz bu sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik”- demişdir.

Bu sözləri Prezident İlham Əliyev mayın 27 – də Türkiyə Cümhuriyyətinin təhsil naziri Ziya Selçuku qəbul edərkən söyləyib.

“Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir – birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir”- dövlət başçısı bildirib.

Tarixi dostluq, qardaşlıq, ən yüksək səviyyədə əməkdaşlıq , etimad əsasında bir – birinə söykənən, dayaq olan Azərbaycan – Türkiyə münasibətləri daha da möhkəmlənməkdədir. Çünki bu iki dövlətin xalqları eyni söykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlarla doğmadır, sevincli, kədərli günlərdə də bir – birinin yanındadır. Azərbaycan – Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki dövlət rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin nəticəsi olaraq, daha da yüksək səviyyələrə çatmaqdadır.

Azərbaycan -Türkiyə arasındakı əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda türk dünyasınındaha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan – Türkiyənin münasibətlərinin inkişafından keçir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 24
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 30
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 111
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 808
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter