• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Telman İbadov: Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir

Telman İbadov: Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovdur.

Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası əhaliyə yüksək səviyyədə tibbi xidmətlərin göstərilməsi, insanların sağlamlıqlarının effektli şəkildə qorunması üçün ən son texnoloji avadanlıqlar və müasir tibb aparatları ilə təmin olunub

Bir həqiqətdir ki, bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir. Ölkə rəhbərliyinin və birbaşa prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkəmizdə yeni tibb müəssisələrinin inşası, eləcə də mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək tamamilə yeni bir formatda vətəndaşlarımızın xidmətinə verilməsi artıq çoxdan bir ənənə halını almışdır. Bir müddət əvvəl əsaslı təmir olunaraq, tamamilə yeni, daha yüksək standartlar səviyyəsində öz fəaliyyətini uğurla davam etdirən tibb müəssisələrindən biri də akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasıdır.

Respublika Klinik Xəstəxanasının xüsusi statusunu təsdiq edən məqamlardan biri də budur ki, hazırda bu müəssisə respublikanın əksər rayon və şəhərlərinin səhiyyə müəssələri üçün praktiki və metodiki mərkəz funksiyasını daşıyır. Bu isə, təbii ki, Xəstəxananın istər rəhbərliyinin, istərsə də bütünlükdə tibbi heyətinin üzərinə böyük məsuliyyət düşdüyündən xəbər verir.

Xəstəxananın bütün şöbələri 2015-2016-cı illərdə təmir edilərək pasiyentlərin istifadəsinə verilmişdir. Yenidən qurulan şöbələrin arasında xüsusilə Konsultativ polikinika, Şüa diaqnostika şöbəsi, Kliniki laboratoriya, Biokimyəvi laboratoriya, Fizioterapiya və tibbi bərpa şöbəsi, Endoskopiya kabineti, Hemadializ şöbəsi, Cərrahiyyə əməliyyat bloku diqqəti cəlb edir.

Respublika Klinik Xəstəxanası 1960-cı ildən fəaliyyət göstərir. Hal-hazırda 660 çarpayılıq səhiyyə müəssisəsi olan bu xəstəxana çox profilli olmaqla 23 stasionar şöbədən, 1 poliklinikadan, diaqnostik və yardımçı şöbələrdən ibarətdir. Burada xəstələrə 300 nəfərdən artıq yüksək ixtisaslı həkim və 600 nəfərdən artıq orta tibbi personal xidmət göstərir. Bu böyük kollektivə rəhbərliyi isə, Azərbaycan Respublikasının əməkdar həkimi Telman İbadov həyata keçirir. Qeyd edək ki, Telman İbadov M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi olmaqla yanaşı həm də YAP Yasamal rayon təşkilatının sədr müavini, Səhiyyə Nazirliyinin kollegiya üzvüdür.

Bu gün M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası təkcə paytaxt sakinlərinə deyil, eyni zamanda Bakıda məskunlaşan qaçqın və məcburi köçkünlərə də xidmət göstərir. Həmçinin rayon və bölgələrimizdə yerləşən xəstəxanalardan təyinatla göndərilən xəstələr də burada müalicə olunurlar.

P.S. Sonda bir məqama xüsusi diqqət ayırmaq istərdik. Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının fəaliyyətilə bağlı əslində həqiqəti əks etdirməyən məlumatlar dərc olunur. Əlbəttə, bu qabaqcıl səhiyyə müəssisəsinin işi ilə yaxından tanış olmaq imkanı olmuş insanlar çox gözəl bilirlər ki, Respublika Klinik Xəstəxanası sözün həqiqi mənasında, hər il minlərlə insanın böyük ümidlə müraciət etdiyi şəfa ocağıdır. Burada işləyən həkimlər və bütün tibbi personal isə, onlara müraciət edən insanların ümidlərini doğrultmaq üçün bütün mümkün olanları, bəzən isə hətta mümkün olmayanları belə etməyə hər an hazırdırlar. Bu fədakarlıq yalnız təqdirə layiq olduğu halda bəzi həmkarlarımızın qeyri-obyektiv mövqeylərdən çıxış etmələri isə, bizdə yalnız təəssüf hissi doğura bilər. Unutmaq lazım deyil ki, ən azından araşdırma mövzusunun insan sağlamlığı ilə bağlı olduğu belə məqamlarda şəxsi ambisiyaları bir kənara qoymaq və yalnız obyektivlik, real qiymətləndirmə mövqeylərindən çıxış etmək hər bir vətəndaşın, xüsusən də hər bir KİV təmsilçisinin birbaşa mənəvi borcudur.


Respublika Klinik Xəstəxanasının baş həkimi İbadov Telman Əsəd oğlu - "Hörmətli həmvətənlər!

18 Oktyabr Milli Müstəqillik günü münasibəti ilə hamınızı təbrik edir, Sizə uzun ömür can sağlığı arzulayıram.

Telman İbadov: Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir


Müstəqilliyinin ilk illərində ölkəmiz xeyli çətinliklərlə üzləşdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumaq onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı. Ulu Öndərin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələr, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və bağlıdır.
Telman İbadov: Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir

Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.

Beləliklə, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir.[/b]Telman İbadov: Bu gün Azərbaycanda səhiyyə xidmətlərinin yüksək səviyyədə təşkili dövlətin qarşısında duran əsas prioritet istiqamətlərdən biridir
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 006
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 688
  • 56
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter