Seymur Orucov: Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir
- 06.09.2021, 12:23,
- Gündəm / Cəmiyyət
Baxılıb: 100
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimdir?
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.
Köçəsgər kəndində Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurulub
Ağstafa rayonunun Köçəsgər kəndinin mərkəzində yerləşən Şəhidlər Bulağı abidə-kompleksi əsaslı yenidən qurularaq istifadəyə verilib. Xatirə kompleksində 1 nəfər 20 Yanvar, 9 nəfər 1-ci Qarabağ müharibəsi, 1 nəfər Tovuz döyüşləri və 1 nəfər Vətən müharibəsi şəhidimizin adları əbədiləşdirilib. Şəhidlərimizin xatirə lövhələrinin önünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, qazilər, müharibə veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Vətən müharibəsi şəhidimiz Xudayət Vilayət oğlu Orucovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub
Ağstafa rayonunun Yenigün kəndindən olan Vətən müharibəsi şəhidimiz Xudayət Vilayət oğlu Orucovun şəhidlik zirvəsində ilk doğum günü qeyd olunub. Bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə şəhidimizin ailəsini ziyarət edib. Onun vətən, tirpağ uğrunda göstərdiyi şəxsi igidliyi və şücaətindən geniş bəhs olunub, əziz xatirəsi ehtiramla anılıb.
4 sentyabr 1987-ci ildə anadan olan Xudayət Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi 44 günlük Vətən müharibəsinə qatılıb. 4 noyabr 2020-ci il tarixində Laçının azadlığı uğrunda gedən amansız döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Xudayət, Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azadlığı uğrunda” medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!
Ağstafanın Köçəsgər kəndindən olan Tovuz döyüşləri şəhidimiz Yaşar Babayevin adının əbədiləşdirilməsi məqsədilə xatirə lövhəsi inşa olunub
Ağstafa rayonunun Köçəsgər kəndindən olan Tovuz döyüşləri şəhidimiz Azərbaycan Silahlı Qüvvələrinin giziri Babayev Yaşar Vasif oğlunun adının əbədiləşdirilməsi məqsədilə inşa olunan xatirə lövhəsinin açılışı olub. Xatirə lövhəsində Yaşarla yanaşı Milli Qəhrəmanımız, şəhid general-mayor Polad Həşimovun da şəkli həkk olunub. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sonra şəhidimizin ailəsi doğma evində ziyarət olunub.
Yaşar Babayev 1987-ci ildə Köçəsgərdə anadan olub. O, 2012-ci ildə ailə həyatı qurub. 8 il övlad arzusu ilə yaşayan Yaşar, şəhidlik zirvəsinə ucalandan 2 gün sonra, 16 iyul 2020-ci ildə qızı dünyaya gəlib. Azərbaycan Prezidenti İlham Əliyev şəhidimizi döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə 18.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edib.
Allah şəhidlərimizə rəhmət etsin!
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 956
- 5 494
- 10-02-2022, 10:36
- 28 362
- 244
- 7-04-2022, 11:57
- 21 499
- 207
- 26-04-2019, 16:16
- 16 086
- 45
- 18-09-2019, 10:29
- 13 606
- 119
- 12-12-2020, 12:00
- 13 322
- 92
- 11-04-2022, 16:00
- 11 805
- 12
- 15-05-2019, 20:27
- 11 017
- 54
- 24-05-2020, 23:28
- 9 936
- 3
- 26-04-2019, 15:39
- 9 416
- 99
- 27-04-2019, 10:08
- 8 997
- 2
- 23-10-2019, 21:00
- 8 012
- 1
- 29-11-2019, 09:00
- 7 860
- 3
- 13-05-2020, 22:05
- 7 719
- 0
- 28-04-2019, 20:56
- 7 485
- 2
- 23-04-2019, 21:57
- 7 253
- 2
- 11-03-2022, 12:24
- 309 956
- 5 494
- 10-02-2022, 10:36
- 28 362
- 244
- 7-04-2022, 11:57
- 21 499
- 207
- 7-11-2019, 09:36
- 6 006
- 121
- 18-09-2019, 10:29
- 13 606
- 119
- 26-04-2019, 15:39
- 9 416
- 99
- 12-12-2020, 12:00
- 13 322
- 92
- 22-12-2021, 14:22
- 4 699
- 57
- 15-05-2019, 20:27
- 11 017
- 54
- 10-02-2023, 10:54
- 4 202
- 51
- 26-04-2019, 16:16
- 16 086
- 45
- 14-01-2020, 09:33
- 6 762
- 20
- 11-04-2022, 16:00
- 11 805
- 12
- 27-03-2021, 14:25
- 4 932
- 7
- 29-11-2021, 09:36
- 4 525
- 5
- 29-09-2020, 11:15
- 4 945
- 5
- 24-09-2020, 11:41
- 4 982
- 5
- 16-05-2019, 14:19
- 6 877
- 5
- 15-05-2019, 09:47
- 5 216
- 5
SOSİAL ŞƏBƏKƏLƏR