“Bu yaxınlarda mənə verilən məlumata görə, Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir”.
“Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, birinci fərari elə odur: “Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”.
“Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib.
Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi”, - deyə Prezident əlavə edib.