• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ayaz Əsgərov: Bu günəşin doğmasında Azərbaycanın xüsusi rolu var

Ayaz Əsgərov: Bu günəşin doğmasında Azərbaycanın xüsusi rolu var


Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Sadiq Feyziyev və Elşən Sultanlının xatirəsi ehtiramla anıldı

Ayaz Əsgərov: Bu günəşin doğmasında Azərbaycanın xüsusi rolu var


Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri tərəfindən məzarları ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, şəhidlərimizin döyüşlərdə göstərdiyi şücaətdən, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışdı.
Feyziyev Sadiq Tahir oğlu 1 sentyabr 1993-cü ildə Yardımlı rayon Zevin kəndində anadan olub. 2013-cü ildə hərbi xidmətə gizir (feldşer) kimi xidmət başlamışdır. Xidmət etdiyi müddətdə “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)” Azərbaycan Respublikasının yubileyi medalı təltif olunmuşdur. Vətən Müharibəsində iştirak etmiş və Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunması“ medalları ilə təltif olunmuşdur.
Sultanlı Elşən Nazim oğlu 15 fevral 2001-ci ildə Yardımlı rayonun Teşkan kəndində anadan olub. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış, Vətən Müharibəsində iştirak etmiş və Suqovuşan-Ağdərə istiqamətində 530–cu yüksəklik uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonar “Vətən Uğrunda”, “Cəsur döyüşçü” ,“ Suqovuşanın azad olunması “ və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.

Ayaz Əsgərov: Bu günəşin doğmasında Azərbaycanın xüsusi rolu varAyaz Əsgərov: Bu günəşin doğmasında Azərbaycanın xüsusi rolu var
Ayaz Əsgərov: Bu günəşin doğmasında Azərbaycanın xüsusi rolu var


Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov - İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü olmuşdur. Bu çox tarixi bir məsələdir. Biz Ərəb dövlətləri təşkilatını və digər qrupları görmüşdük. Amma indi isə Türk Dövlətləri Təşkilatı da yarandı. Yəni burada həmin dövlətlərin məhz türk dövlətləri olması ehtiva olunur. Həm də bu hüquqi sistemin hissəsi olan bir təşkilat kimi qəbul olunur. Şübhəsiz ki, diqqət etsək bu hazırlıqlar məhz Azərbaycan Respublikasının Türkdilli Dövlətlərə Əməkdaşlıq Şurasına rəhbərliyi dövründə həyata keçirilir. Türkmənistanın özünün müşahidəçi kimi iştirak etməsi də məhz Azərbaycanın sədrliyi dövründə baş verib. Yəni bu komponentlər, bu tərkib hissələrinin inkişafı bizim üçün bu gün tarixi hadisənin baş verməsinə səbəb oldu. Türkdilli Dövlətlərin Təşkilatı yarandı. Bu çox xoş haldır ki, cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Ali Baş Komandan elan etdi. Bununla da ona türk dünyasının nişanını verməklə bütün türk dünyası qarşısında onun xidmətlərini qeyd etdi. Həqiqətən də məhz Qarabağdakı zəfər əslində tək Azərbaycanın deyil, bütün türk dövlətlərinin zəfəridir. Eyni zamanda qeyd olunduğu kimi Zəngəzur dəhlizinin açılması da türk dövlətlərini bir-birinə bağlayan çox ciddi amillərdən biri olacaqdır.

Azərbaycan tərəfi sədrliyi dövründə çox ciddi çalışdı. Bu heç kəsə sirr deyil ki, Mərkəzi Asiya ölkələri bu məsələyə biraz ürkək yanaşırdı. Məhz bu birlik, bu təşkilat da Türkiyə və Azərbaycan dostluğunun, əməkdaşkığının üzərində qurulub. Şübhəsiz ki, bu iki dövlətin xidmətləri çox yüksək qiymətləndirilir. Azərbaycanın rəhbərliyi dövründə bütün sahələr üzrə yaratdığı əməkdaşlıq mühüm əhəmiyyət kəsb edirdi. Çünki Azərbaycan təşəbbüsləri ilə yalnız mədəni birlik kimi deyil, eyni zamanda siyasi, iqtisadi cəhətdən də bu təşkilat inkişaf etmiş oldu. Ona görə də Ali Baş Komandana hamısı dəstək verdi. Məhz bunun nəticəsidir ki, bütün dövlətlərin rəhbərlərinin birgə qərarı ilə Azərbaycan dövlətin başçısı təltif olundu. Hələ bu gün başqa dövlətlərin tərkibində duran Rusiyada, Çində yaşayan türk xalqları və digər dövlətlərdə olan türk xalqları onlar üçün günəşin İstanbuldan doğduğunun fərqindədirlər. Bu günəşin doğmasında da Azərbaycanın xüsusi rolu vardır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 28
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 068
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 761
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter