Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO
- 29.11.2021, 11:17,
- Gündəm / Siyasət / Video
Baxılıb: 58
Facebook
Вконтакте
Одноклассники
Google+
"Görüş çox yaxşı keçdi, yaxşı söhbət etdik. Dost, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında çox yaxşı söhbət etdik".
"Bunu Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”, - deyə Dövlət başçısı bildirib.
Daha sonra iranlı jurnalist dövlət başçısına imzalanan sənədlə bağlı Azərbaycan dilində sual ünvanlayıb və Prezident sualı belə cavablayıb: "Sənəd də imzalandı. Bunun çox böyük əhəmiyyəti var. Bu, tarixi sənəddir. Bir daha İran-Azərbaycan əlaqələrinin nə qədər dərin olmasından xəbər verir. Azərbaycan Türkmənistan qazını İran üzərindən alacaq. Bu, çox gözəl üçtərəfli əməkdaşlıq üçün də zəmindir və bizim niyyətimizi göstərir. Bu, imzalanmış sənədin iqtisadi və enerji təhlükəsizliyi baxımından çox böyük önəmi var”.