Elşad Həsənov: Bütün məsələlərdə siyasi iradə nümayiş etdirən Prezident İlham Əliyev bu il bir çox mühüm layihələrin reallaşmasına nail olacaq
- 04.02.2022, 11:49,
- Gündəm / Cəmiyyət
Baxılıb: 88
Facebook
Вконтакте
Одноклассники
Google+
Yasamal rayonunda Gənclər Günü qeyd edilib
Bu gün Yasamal rayon İcra Hakimiyyətində 2 fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar iclas keçirilib. İclası açıq elan edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov Azərbaycan gəncliyinin müasir dövrdə ölkəmizin ictimai-siyasi həyatındakı rolundan söz açdı.
İclasda giriş nitqi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verdiyini qeyd etdi. Bildirildi ki, əsası Ulu Öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir.
Bildirildi ki, cənab Prezident 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından istifadə olunmasına, dövlət idarəçiliyində iştirakına gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi.
Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.
Bildirildi ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu! Onların bir çoxu məhz cənab Prezidentin son 18 ildəki hakimiyyəti illərində böyümüş və təlim-tərbiyyə almışlar.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, bu gün ölkəmizdə köklü islahatlar aparılır- sosial islahatlar, iqtisadi islahatlar, kadr islahatları. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu islahatların bir məqsədi var - insanların həyatını daha da yaxşılaşdırmaq. Bu islahatlar nəticəsində artıq böyük nailiyyətlər əldə olunub. İdarəetmə sahəsinə çoxlu sayda gənclər cəlb olunub və bu kadr siyasəti davam edir.Azərbaycan Prezidenti cənab İlham Əliyev gənclərə etimad edir və onları irəliyə çəkir.
Tədbirdə çıxış edən digər natiqlər gənclərin inkişaf və karyera perspektivlərindən söz açdılar.Daha sonra gənclər onları maraqlandıran məsələlərlə bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova müxtəlif suallar verdilər. Rayon İcra Hakimiyyətinin başçısı gənclərin müxtəlif səpkili suallarına ətraflı cavablar verdi.
Tədbirin sonunda Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edildi.
Yasamal rayon İcra Hakimiyyəti başçısı Elşad Həsənov - “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə qardaşlığının zirvəsidir. “Ən çətin dövrlərdə bir-birinə əsl qardaş dəstəyi nümayiş etdirən, qədim və sarsılmaz köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı dünyaya əsl nümunədir. Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin Azərbaycan-Türkiyə qardaşlığı haqqında "bir millət, iki dövlət" kəlamı, eyni zamanda Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir" kəlamı iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm, sarsılmaz və dərin köklərə malik olmasının təcəssümdür”.
Bu gün Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri, dostluq əlaqələri ölkə başçısı Cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında ən yüksək səviyyədə və artan dinamika ilə inkşaf etməkdədir: “2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan və Türkiyə Prezidentlərinin “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi”-ni imzalaması ölkələrimiz arasındakı inkşafın zirvəsi hesab oluna bilər. “Şuşa Bəyannaməsinin 1921-ci il tarixli Qars müqaviləsindən düz 100 il sonra Şuşa şəhərində imzalanması dünyaya verilmiş mesajla yanaşı tarixi Qars müqaviləsinin davamı və müqaviləyə sadiqliyin təsdiqidir”.
“Şuşa Bəyannaməsi” Ermənistanın Türkiyəyə qarşı əsassız ərazi iddialarının və tarixi təhrif etmək cəhdlərinin üstündən xətt çəkdi: “Eyni zamanda Şuşa Bəyannaməsi ilə Türkiyə və Azərbaycan dövlətləri bir-birlərinin yanında olduğunu, ölkələrin təhlükəsizliyinə, suverenliyinə təhdid olacağı təqdirdə birgə hərəkət edəcəklərini dünyaya bəyan etmiş oldular. “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyə arasında hərbi-siyasi, iqtisadi müttəfiqliyin inkşafı, həmrəyliyimizin və ölkələrimizin mövqeyinin dünya miqyasında daha da güclənməsi ilə yanaşı regionda təhlükəsizliyin təmin olunması baxımında mühüm əhəmiyyət kəsb edən sənəddir”.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 050
- 5 499
- 10-02-2022, 10:36
- 28 388
- 244
- 7-04-2022, 11:57
- 21 542
- 207
- 26-04-2019, 16:16
- 16 114
- 45
- 18-09-2019, 10:29
- 13 631
- 119
- 12-12-2020, 12:00
- 13 353
- 92
- 11-04-2022, 16:00
- 11 830
- 12
- 15-05-2019, 20:27
- 11 050
- 54
- 24-05-2020, 23:28
- 9 962
- 3
- 26-04-2019, 15:39
- 9 446
- 99
- 27-04-2019, 10:08
- 9 022
- 2
- 23-10-2019, 21:00
- 8 038
- 1
- 29-11-2019, 09:00
- 7 886
- 3
- 13-05-2020, 22:05
- 7 744
- 0
- 28-04-2019, 20:56
- 7 510
- 2
- 23-04-2019, 21:57
- 7 278
- 2
- 11-03-2022, 12:24
- 310 050
- 5 499
- 10-02-2022, 10:36
- 28 388
- 244
- 7-04-2022, 11:57
- 21 542
- 207
- 7-11-2019, 09:36
- 6 057
- 124
- 18-09-2019, 10:29
- 13 631
- 119
- 26-04-2019, 15:39
- 9 446
- 99
- 12-12-2020, 12:00
- 13 353
- 92
- 22-12-2021, 14:22
- 4 728
- 57
- 10-02-2023, 10:54
- 4 254
- 54
- 15-05-2019, 20:27
- 11 050
- 54
- 26-04-2019, 16:16
- 16 114
- 45
- 14-01-2020, 09:33
- 6 787
- 20
- 11-04-2022, 16:00
- 11 830
- 12
- 27-03-2021, 14:25
- 4 957
- 7
- 29-11-2021, 09:36
- 4 550
- 5
- 29-09-2020, 11:15
- 4 972
- 5
- 24-09-2020, 11:41
- 5 007
- 5
- 16-05-2019, 14:19
- 6 902
- 5
- 15-05-2019, 09:47
- 5 241
- 5
SOSİAL ŞƏBƏKƏLƏR