Oruc Əliyev: Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcək
- 15.02.2022, 11:03,
- Gündəm / Cəmiyyət
Baxılıb: 83
Facebook
Вконтакте
Одноклассники
Google+
Sahibkar Oruc Əliyev - “Ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfər etməsi xoş bir ənənə halına çevrilib. Prezident İlham Əliyev fevralın 13-də növbəti dəfə işğaldan azad olunmuş Ağdam rayonuna səfər edib və səfər çərçivəsində bir sıra təməlqoyma mərasimlərində iştirak edib. Artıq işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” başlayıb. Verdiyi bütün vədləri tamlıqla yerinə yetirən Azərbaycan prezidenti bu gün işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı səsləndirdiyi fikirləri reallığa çevirməkdədir. İkinci Qarabağ müharibəsinin başa çatmasından qısa müddət keçməsinə baxmayaraq, ölkə başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa-quruculuq işləri, infrastruktur layihələri həyata keçirilir. Həyata keçirilən layihələr Ağdamın və ümumilikdə bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.
Səfər zamanı Prezident İlham Əliyevin öz çıxışında “Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!” deməsi Ermənistandakı revanşist qüvvələrə verilmiş mesaj idi: “Ali Baş Komandan İlham Əliyev böyük ürək ağrısı ilə bu torpaqlarda şəhidlərimizin qanının olduğunu qeyd edərək, Azərbaycan xalqının bu torpaqlarda əbədi yaşayacağını vurğuladı. Eyni zamanda, bu çıxış ölkə başçısı İlham Əliyevin şəhidlərimizin xatirəsinə olan böyük hörmətinin göstəricisidir. Şəhidlərimizin xatirəsini əziz tutan Cənab Prezident İlham Əliyev hər zaman şəhid ailələrini xüsusi diqqətdə saxlamış, bu kateqoriyadan olan ailələrin sosial rifahının yüksəldilməsi istiqamətində bir sıra sərəncamlar, fərmanlar imzalamışdır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən sürətli quruculuq və infranstruktur layihələri nəticəsində Ağdam şəhəri Azərbaycanın böyük sənaye, turizm, iqtisadi mərkəzlərindən birinə çevriləcək”.
“Azərbaycan bu gün dünya miqyasında enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələr sırasında addımlayır. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əldə edilən böyük nailiyyətlər, rekord göstəricilər ölkəmizin maliyyə və texniki imkanlarından xəbər verir”.
Təkcə ötən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilib, 1,6 milyard kilovat/saat ixrac olunub: “Azərbaycan artıq çox ciddi elektrik enerjisi ixrac edən ölkədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gücü 750 meqavat olan Yaşma yarımstansiyanın və 385 meqavat gücündə olan “Qobu” Elektrik Stansiyasının açılışında iştirakı ölkənin enerji dayanıqlılığının uğurlu davamı kimi qiymətləndirilir. Müstəqilliyimizin ilk illərində mövcud stansiyaları yararsız vəziyyətdə, enerji gücü kasad olan ölkə bu gün öz vəsaiti hesabına inşa edilən nəhəng enerji obyektlərini istifadəyə verir. Nəhəng enerji obyektlərinin inşa edilməsi, xalqın ixtiyarına verilməsi Azərbaycanın güclü imkanları hesabına mümkün olub. Yaşma yarımstansiyanın, “Qobu” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji dayanıqlılığına xidmət göstərməsi ilə yanaşı enerji təhlükəsizliyinin təmin olunması prosesinə böyük töhfə oldu. Ölkəmizin neft, qaz, elektrik enerjisi ixracatı bu gün həm Azərbaycanın, həm qonşu ölkələrin və hətta Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm yer tutur. Azərbaycan nadir ölkələrdəndir ki, bütün qonşu ölkələrə həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisini ixrac edir”.
4 qonşu ölkəyə- Türkiyə, Rusiya, Gürcüstan və İrana 1,6 milyard kilovat/saat elektrik enerjisi ixrac edən Azərbaycan elektrik enerjisinin ixracatı artmaqdadır. “Ümumilikdə, son illərdə Azərbaycanın bərpaolunan enerji potensialı artır, elektrik enerjisi infrastrukturuna böyük həcmdə sərmayələr yatırılır. “Bu da ondan xəbər verir ki, artan enerji ixracı ölkənin iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Enerji keçidi ilə bağlı qlobal çağırışların uğurla reallaşdığı ölkələr sırasında uğurla addımlayan müstəqil Azərbaycan təkcə neftdən, qazdan yox, elektrik enerjisindən də xalqın mənafeyinə xidmət edən gəlirlər əldə edəcək”.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 113
- 5 501
- 10-02-2022, 10:36
- 28 413
- 244
- 7-04-2022, 11:57
- 21 579
- 207
- 26-04-2019, 16:16
- 16 140
- 45
- 18-09-2019, 10:29
- 13 654
- 119
- 12-12-2020, 12:00
- 13 385
- 92
- 11-04-2022, 16:00
- 11 853
- 12
- 15-05-2019, 20:27
- 11 076
- 54
- 24-05-2020, 23:28
- 9 985
- 3
- 26-04-2019, 15:39
- 9 476
- 99
- 27-04-2019, 10:08
- 9 046
- 2
- 23-10-2019, 21:00
- 8 062
- 1
- 29-11-2019, 09:00
- 7 909
- 3
- 13-05-2020, 22:05
- 7 767
- 0
- 28-04-2019, 20:56
- 7 533
- 2
- 23-04-2019, 21:57
- 7 305
- 2
- 11-03-2022, 12:24
- 310 113
- 5 501
- 10-02-2022, 10:36
- 28 413
- 244
- 7-04-2022, 11:57
- 21 579
- 207
- 7-11-2019, 09:36
- 6 092
- 125
- 18-09-2019, 10:29
- 13 654
- 119
- 26-04-2019, 15:39
- 9 476
- 99
- 12-12-2020, 12:00
- 13 385
- 92
- 22-12-2021, 14:22
- 4 751
- 57
- 10-02-2023, 10:54
- 4 290
- 56
- 15-05-2019, 20:27
- 11 076
- 54
- 26-04-2019, 16:16
- 16 140
- 45
- 14-01-2020, 09:33
- 6 810
- 20
- 11-04-2022, 16:00
- 11 853
- 12
- 27-03-2021, 14:25
- 4 980
- 7
- 29-11-2021, 09:36
- 4 573
- 5
- 29-09-2020, 11:15
- 4 995
- 5
- 24-09-2020, 11:41
- 5 030
- 5
- 16-05-2019, 14:19
- 6 925
- 5
- 15-05-2019, 09:47
- 5 264
- 5
SOSİAL ŞƏBƏKƏLƏR