• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Xəyyam Mirhüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Xəyyam Mirhüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xəyyam Mirhüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynovdur.

Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Xəyyam Mirhüseynov bu işin müqəddəsliyini qoruyub saxlayır. Xəyyam Mirhüseynov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Xəyyam Mirhüseynovdan danışdılar yaxşı ki, Xəyyam Mirhüseynov Xocavənd RPŞ-nin rəisidir… Xəyyam Mirhüseynov öz isguzarlığı ilə tanınır və seçilir….

Xəyyam Mirhüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Xəyyam Mirhüseynov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Xəyyam Mirhüseynov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Xəyyam Mirhüseynovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Xəyyam Mirhüseynov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Xəyyam Mirhüseynov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xocavənd RPŞ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Xəyyam Mirhüseynov özünü doğruldub. Bizdə hörmətli Xəyyam Mirhüseynovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


“Ağdam sürətlə yenidən qurulur və artıq çox az müddətdən sonra bir zamanlar erməni işğalı səbəbindən öz tarixi torpaqlarından, dədə-baba yurdlarından didərgin düşmüş vətəndaşlarımız bu torpaqlara daimi yaşamaq üçün geri dönəcəklər. Bu gün Ağdam rayonunun bərpası ilə bağlı həyata keçirilən kompleks tədbirlərin miqyası və əhatəliliyi bunu deməyə əsas verir. Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa göstərişləri əsasında artıq Ağdamın gələcək inkişafı ilə bağlı bir çox önəmli addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir. Fevral ayının 13-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna etdikləri növbəti səfər də bu proseslərin dövlətin xüsusi diqqətində saxlandığını bir daha təsdiq edir”. Bu sözləri Xocavənd RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Xəyyam Mirhüseynov deyib.

Xəyyam Mirhüseynov qeyd edib ki, Ağdama səfəri çərçivəsində Prezident İlham Əliyevin açılışını etdiyi müəssisələr və təməlini qoyduğu obyektlər rayonun məruz qaldığı erməni vandalizminin nəticələrinin tezliklə tamamilə aradan qaldırılmasına və bu torpaqların yenidən dirçəlməsinə misilsiz töhfələr verəcək: “Möhtərəm dövlət başçımızın rayon və bölgələrə etdiyi bütün digər səfərləri kimi, Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. İlk növbədə, səfər çərçivəsində Ölkə Prezidenti Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Həmçinin işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Ağdamda infrastruktur layihələri sürətlə icra olunur. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Bundan başqa, səfər çərçivəsində dövlətimizin başçısı Ağdamda “Park Forest Otel Ağdam” mehmanxanasının təməlini qoydu. Məlumdur ki, son illər Azərbaycanda turizmin inkişafı istiqamətində böyük işlər görülüb. Lakin ölkəmizin ən böyük turizm potensialına malik Qarabağ bölgəsi işğal altında olduğundan bu proseslərdən kənarda qalmışdı. Bu gün isə Müzəffər Ali Baş Komandanın qətiyyəti və Şanlı Ordumuzun rəşadəti sayəsində artıq işğaldan azad edilmiş bu torpaqlarda bir çox digər sahələr kimi, turizmin inkişaf etdirilməsi üçün də məqsədyönlü addımlar atılır. O cümlədən Ağdam rayonunda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına mühüm töhfə verəcək. Bu, həm də işğaldan azad edilən ərazilərimizdə, o cümlədən Ağdam rayonunda sosial layihələrin davamlı şəkildə həyata keçirilməsinin növbəti göstəricisidir. Əlbəttə ki, xüsusi əhəmiyyət kəsb edən daha bir əlamətdar hadisə dövlətimizin başçısı tərəfindən yaşayış kompleksinin təməl daşının qoyulmasıdır. Ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin müjdəsini Azərbaycan xalqına çatdırarkən Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev demişdi: “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq”. Bu gün dövlət başçımızın dediyi bu sözlər Ağdam rayonunda yeni yaşayış kompleksinin təməlinin qoyulması ilə bir daha öz təsdiqini tapır”.

Sonda Xəyyam Mirhüseynov Prezident İlham Əliyevin çıxışında erməni faşizmini qızışdıranlara ünvanlanan növbəti xəbərdarlıq mesajının da yer aldığını vurğulayaraq bunları deyib: “Öz çıxışında möhtərəm dövlət başçımız bir daha bildirdi ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Bununla belə heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır. Bu gün regionda qeyri-sabitlik yaratmağa meyilli olan qüvvələr hələ də Cənubi Qafqazda gedən mütərəqqi prosesləri əngəlləməyə çalışırlar. Bu, ilk növbədə əlbəttə ki, Ermənistanda mövcud olan və xalqı qeyri-real revanşist ideyalarla yenidən və bu dəfə artıq daha dərin uçuruma doğru aparmağa çalışan qüvvələrə aiddir. Məhz bu qüvvələrin təsiri altında rəsmi İrəvan hələ də üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq üzərinə götürdüyü öhdəliklərin icrasını həyata keçirməkdə lazım olan fəallığı nümayiş etdirmir. Lakin bu qüvvələr də bilməlidirlər ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim bölgədə erməni faşizmi yenidən baş qaldırsın. Bunu hər kəs bilməlidir və Azərbaycanın görə biləcəyi əks-tədbirlərin Ermənistana çox baha başa gələ biləcəyini də hər kəs dərk etməlidir. Bu gün Prezident İlham Əliyev tərəfindən görülən işlər, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələr bunu hər zaman xatırlamalıdırlar”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 22
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 062
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 751
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter