• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Vasif müəllim rəhbərlik etdiyi bütün dövlət işlərində həmişə xalqına ləyaqətlə xidmət etmişdir

Vasif  müəllim rəhbərlik etdiyi bütün dövlət işlərində  həmişə xalqına ləyaqətlə xidmət etmişdir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vasif Əmirov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovdur.

Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vasif Əmirov bu işin müqəddəsliyini qoruyub saxlayır. Vasif Əmirov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şər və Böhtan yazanlara tutarlı cavab - Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Neft Kəmərləri İdarəsində, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Guya "SOCAR-ın idarə rəisi Vasif Əmirov Türkiyədə milyonluq villa aldı", SOCAR-ın idarə rəisi Vasif Əmirov vəzifəsindən çıxarılır. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .


İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır. Ümummilli liderimizin neft strategiyasından, bu strategiyanın Azərbaycan və onun xalqına verdiyi və verəcəyi töhfələrdən çox danışmaq, yazmaq olar. H.Əliyevin uğaqgörən və müdrik siyasətini geniş analiz etmək üçün böyük zaman lazımdır., Yazını ümummilli liderimizin fikri ilə necə başlamışdıqsa, onun fikri ilə də yekunlaşdırırıq: “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir”.

İnsanı ailədə, çalışdığı kollektivdə, dostlarına, yaxınlarına, ictimaiyyətə sevdirən, ilk növbədə, onun əxlaqıdır, daşıdığı keyfiyyətlərdir, ətrafına münasibətidir. SOCAR-ın Neft Kəmərləri İdarəsinin rəisi Vasif Əmirov bu baxımdan fenomenal insanlardandır. Xeyirxahlığına, insanpərvərliyinə, alicənablığına, vətəndaş təəssübkeşliyinə, haqq-ədalət tərəfdarı olduğuna, qayğıkeşliyinə, səmimiliyinə, nizam-intizamı çox sevdiyinə və hamıdan çox riayət etdiyinə, sözübütövlüyünə və s. kimi xarakter xüsusiyyətinə çevrilmiş keyfiyyətlərinə görə o, nəinki çalışdığı kollektivin, həmçinin o işlədiyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bütün kollektivi bütövlükdə cəmiyyətimizdə örnək olan, böyük hörmət və nüfuz sahibi insan, dövlət məmuru, ziyalı, rəhbərdir. Vasif müəllim rəhbərlik etdiyi bütün dövlət işlərində həmişə xalqına ləyaqətlə xidmət etmişdir.

SOCAR-ın Neft Kəmərləri İdarəsi Şirkətin neft və qazçıxarma idarələrində və neftqazçıxarma üzrə yaradılmış podratçı təşkilatlarda hasil edilən, müvafiq tələblərə uyğun hazırlanmış neftin qəbulunu, neft emalı zavodlarına və ixraca nəql əməliyyatlarını həyata keçirir.

İdarə "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarından hasil edilən neftin və kondensatın Səngəçal neft terminalından ixraca nəqlində ölçü əməliyyatlarında müşahidəçi qismində iştirak edir. NKİ-nin infrastrukturundan üçüncü tərəflərin neft və neft məhsullarının ölkə ərazisindən tranzit daşınması zamanı da istifadə edilir. . Neft Kəmərləri İdarəsinin tərkibinə, "Neftin Nəqli Departamenti", "İxrac Neft Kəmərləri Departamenti", "Nəqliyyat Departamenti" və "Maddi Texniki Təchizat Bazası" daxildir. Neft Kəmərləri İdarəsi 774,919 km uzunluğunda müxtəlif diametrli (Dş-200-dən Dş-700 daxil olmaqla) magistral neft kəmərlərini, 11 neft nəqletmə sahəsini (NNS), 2 neft təhvili sahəsini (NTS), 1 neft ölçmə sahəsini (NÖS), 1 ixrac neft təhvili sahəsini (İNTS), Dübəndi Neft Aşırma Bazasında yerləşən 3 (29, 31 və 54 saylı) magistral nasos stansiyalarını, ümumi həcmi 499900 m3 olan çən parklarını istismar edir. Qeyd: İlk dəfə neftin boru kəməri ilə nəqli üsulundan Azərbaycanda istifadə olunmuşdur. Beləki, 1872-ci ildə Balaxanı mədənlərindən hasil edilən neftin Bakı neftayırma zavoduna çatdırılması məqsədi ilə diametri 75 mm, uzunluğu 12 km olan ilk neft kəməri inşa edilmişdir. 1885-ci ildə isə Bakıda diametri 75 mm, uzunluğu 200 km olan daha bir neft kəməri inşa edilmişdir. Bizdə hər zaman ölkəmiz üzün calışan bu gözəl kollekrivə və rəhbərinə uğurlar arzulayırıq
.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 144
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 851
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter