Qasım Qasımov: 1990-cı ildə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağının qaldırılması müstəqilliyə gedən yolun başlanğıcı oldu
- 27.05.2022, 11:19,
- Gündəm / Cəmiyyət
Baxılıb: 54
Facebook
Вконтакте
Одноклассники
Google+
Mərkəzi Muğan Kollektorunun İstismarı idarəsinin rəisi Qasım Qasımov - Ötən əsrin əvvəllərində, dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, 1918-ci il may ayının 28-də istiqlaliyyətini elan edərək şərqdə ilk demokratik dövlət quruluşu kimi yaranmış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla, milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
Əlbəttə ki, müstəqilliyə gedən yol heç zaman rəvan olmamış, cümhuriyyət yaranmamışdan öncə xalqımızın taleyində dəhşətli faciələr baş vermişdir. Tarixin müxtəlif mərhələlərində uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə çalışan erməni millətçiləri bolşevik silahlı dəstələri ilə birgə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Həmin günlərdə Bakı şəhərində və respublikamızın digər bölgələrində on minlərlə dinc sakin yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Azərbaycanda mart soyqırımını törətməklə erməni-bolşevik qüvvələri daha böyük məqsədlər güdür, Azərbaycan torpaqlarını işğal etmək istəyirdilər. Lakin 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, milli dövlətçiliyin bərpası, Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin başlanması düşmənlərin bu planlarını pozmuşdu. May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Konstitusiya aktı statusuna malik olan ilk hüquqi sənəd – İstiqlal Bəyannaməsində müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan olunmuş, onun hakimiyyətinin şamil edildiyi ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı.
XX əsrin sonlarında dövlət müstəqilliyini yenidən əldə edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olduğunu bəyan edərək Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü Respublika günü olaraq hər il təntənə ilə qeyd edir. Ümummilli liderimiz Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirmiş, cümhuriyyət ənənələrinin yaşadılmasına və inkişaf etdirilməsinə daim böyük əhəmiyyət vermişdir. Təsadüfi deyil ki, Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti özünün fəaliyyəti dövründə düzgün siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərmişdi. Bunun nəticəsi olaraq, Xalq Cümhuriyyəti dünya birliyi tərəfindən tanınmış və Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamda qeyd olunur ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Respublikamız SSRİ-nin tərkibində olduğu dövrdə də müstəqillik hissləri xalqımızı heç zaman tərk etməmişdir. Ümummilli lider Heydər Əliyev hələ sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə xalqımızın dövlətçilik ənənələrinin yaşadılması və inkişafı istiqamətində çox böyük işlər görmüş, XX əsrin sonlarında itirilmiş müstəqilliyin yenidən bərpa olunması üçün möhkəm zəmin yaradılmasında misilsiz xidmətlər göstərmişdir. Məlum olduğu kimi, ötən əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına Ermənistan adında dövlət yaradan ermənilər əsrin sonunda öz çirkin niyyətlərinə yenidən qayıtdılar. Lakin Heydər Əliyev amili, onun siyasi iradəsi, gücü və nüfuzu erməni millətçilərini belə təxribatlardan çəkindirirdi. Ulu Öndərin tutduğu vəzifələrdən uzaqlaşdırılmasından dərhal sonra erməni separatçıları Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək torpaqlarımıza hərbi hücumlara başladılar.
Azərbaycan xalqı ölkəmizin müstəqilliyi və azadlığı uğrunda qanlı mübarizə apararaq 1991-ci ildə dövlət müstəqilliyini bərpa edə bilmişdi. Lakin müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, keçmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ” münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin, anarxiyanın hökm sürməsi təşviş içərisində olan Azərbaycan xalqının sabaha ümidini sarsıtmış, yenicə əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında qoymuşdu. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü iki il çəkmişdisə, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü daha qısa ola bilərdi. Lakin Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası bu fəlakətin qarşısını aldı. Xalq Cümhuriyyətinin ənənələrinə sadiqlik nümayiş etdirən ümummilli lider Heydər Əliyev hələ 1990-cı ildə ilk dəfə Naxçıvanda Cümhuriyyətin üçrəngli bayrağını Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul etdi və bu, müstəqilliyə gedən yolun başlanğıcı oldu. Xalqın çağırışı ilə 1993-cü ildə respublikaya rəhbərliyə qayıdan Ulu Öndər Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etdi, Xalq Cümhuriyyəti dövründə təməli qoyulmuş müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, müstəqilliyimizi dönməz və əbədi etdi. Beləliklə, ümummilli lider Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində Azərbaycan milli dövlətçiliyi yenidən süquta uğramaq təhlükəsindən xilas oldu.
Heydər Əliyev siyasi kursunu uğurla inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizin dünyada iqtisadi və maliyyə böhranlarının, bir çox təhlükələrin hökm sürməsinə baxmayaraq, sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi inkişafın təmin edilməsi, beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsi, nəhəng qlobal enerji və nəqliyyat layihələrinin bilavasitə təşəbbüskarı olmaqla gerçəkləşdirilməsi, müstəqilliyimizin bəhrəsidir. Möhtərəm dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsində müasir müstəqil Azərbaycan möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu günədək əldə olunmuş böyük uğurların, möhtəşəm nailiyyətlərin pik nöqtəsi isə əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsidir. Bu şanlı Qələbə bir daha Heydər Əliyev siyasi kursunun yeganə doğru yol olduğunu və ölkəmizin məhz bu yolla davam edərək bundan sonra daha böyük nailiyyətlərə imza atacağını təsdiq edir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 102
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 24-05-2020, 23:28
- 9 981
- 3
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 27-04-2019, 10:08
- 9 042
- 2
- 23-10-2019, 21:00
- 8 057
- 1
- 29-11-2019, 09:00
- 7 905
- 3
- 13-05-2020, 22:05
- 7 763
- 0
- 28-04-2019, 20:56
- 7 529
- 2
- 23-04-2019, 21:57
- 7 297
- 2
- 11-03-2022, 12:24
- 310 102
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 7-11-2019, 09:36
- 6 080
- 124
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 22-12-2021, 14:22
- 4 747
- 57
- 10-02-2023, 10:54
- 4 282
- 55
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 14-01-2020, 09:33
- 6 806
- 20
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 27-03-2021, 14:25
- 4 976
- 7
- 29-11-2021, 09:36
- 4 569
- 5
- 29-09-2020, 11:15
- 4 991
- 5
- 24-09-2020, 11:41
- 5 026
- 5
- 16-05-2019, 14:19
- 6 921
- 5
- 15-05-2019, 09:47
- 5 260
- 5
SOSİAL ŞƏBƏKƏLƏR