• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Türkiyə- Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir

Türkiyə- Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir



Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən "Biz bir millət, iki dövlətik" müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Son illər baş verən hadisələr bir daha təsdiqlədi ki, iki qardaş ölkə arasındakı qırılmaz əlaqələr daha möhkəm və sarsılmazdır. Qədim tarixə malik Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, iki ölkə arasında birgə nümayiş olunan birlik bu gün daha yüksək səviyyədə həyata keçirilir. Məlum olduğu kimi, Türkiyə hazırda dünya siyasətində çox fəal və önəmli rol oynayır. Bu ölkənin təsir imkanları getdikcə artır. Azərbaycanın beynəlxalq aləmdəki mövqeləri də gündən-günə möhkəmlənir. Xüsusilə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallaşmasından sonra ölkəmizin nüfuzu daha da artmışdır. Azərbaycan dünyada iri infrastruktur layihələrinin reallaşdırılmasında böyük təcrübəsi olan dövlət kimi tanınır. İndi elə layihələr var ki, onların reallaşdırılmasında Azərbaycanla məsləhətləşmələr aparılır. Bu da ondan xəbər verir ki, Azərbaycan təkcə regionda deyil, eyni zamanda, dünyada söz sahibidir. İqtisadiyyatın inkişaf tempinə görə Azərbaycanın lider dövlət olması, həm də ölkəmizin dünyada ən islahatçı dövlət adlandırılması əlaqələrimizi daha da genişləndirib. Bu baxımdan Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir.
Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birilərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri yüksək qiymətə layiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "bir millət, iki dövlətdir". Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı etdiyi çıxışında da bunun bir daha şahidi olduq: “Türkiyə-Azərbaycan əlaqələrinin bənzərsiz mahiyyəti vardır. Təbii, qazi Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - deyərkən ortaya qoyduğu həqiqət davam edir, bundan sonra da eynilə davam edəcəkdir. Bunu əminliklə söyləyə bilərəm ki, hansı siyasi iqtidar gəlirsə, gəlsin, aramızdakı bu əlaqəni poza bilməz. Çünki bizim aramızdakı əlaqələr qurumların əlaqəsi deyildir. Bizim aramızdakı əlaqə millətlərin əlaqəsidir. Çünki biz bir millətik, iki ayrı dövlətik. Bunu dərindən anlamaq lazımdır".
Qardaş ölkənin prezidenti respublikamızın sürətli inkişaf yoluna qədəm qoymasını yüksək qiymətləndirmişdir. O, Azərbaycanı ötən illərlə müqayisə edərək demişdir: " Mən bir il əvvəlki Azərbaycanla indiki arasında çox böyük fərq görürəm. Bu qədər sürətlə inkişaf edən, bu qədər sürətlə dəyişən bir Azərbaycan vardır. Bunlar təbii ki, dünya üçün bir nümunədir. Liderlər buraya gəldiyi zaman Azərbaycanı tanıyacaqlar. Bunu dəyişdirən lider vardır. Bunu təbii ki, təqdirlə qeyd edəcəklər. Tarixi şəxsiyyətlər tarixdə qurub-yaratdıqları ilə qalırlar".
Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq! Biz 30 il ərzində qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə bir yerdədir!

İlhamə Xudazarova,
Salyan rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 18
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 057
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 747
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter