“Teknofest” festivalının Bakı şəhərində keçirilməsi iki qardaş ölkə arasında olan sıx əlaqələrin bir daha təsdiqi oldu
- 01.06.2022, 21:17,
- Gündəm / Cəmiyyət
Baxılıb: 78
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Sevidirici haldır ki, bu gün ölkələrimiz arasında olan münasibətlər daha da inkişaf edərək yeni müstəviyə qədəm qoymuşdur. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. İki dövlət arasında mövcud olan bu mehribançılıq və qarşılıqlı anlaşma təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun gələcək taleyində müsbət dinamika yaratmaqdadır. Bu gün Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır. Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə-Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilib. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.
44 günlük Vətən müharibəsi zamanı Türkiyənin ilk günlərdən Azərbaycanın haqq işinə dəstək verməsi, mənəvi və siyasi cəhətdən Azərbaycanın yanında olması, sülhə, sabitliyə hesablanmış davranış idi. Eyni zamanda bu davranış, bütün dünyaya bir siqnal oldu ki, Azərbaycanın öz doğma torpaqlarını işğalçılardan təmizləmək üçün apardığı haqq mübarizəsinə kimsə müdaxilə etməsin. Noyabr ayının 10-da imzalanmış Bəyanata əsasən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması postmüharibə dövründə də Türkiyənin regionda təhlükəsizliyin təminatçısı və nəzarətçisi olacağından xəbər verir.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir. Elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Şuşa bəyannaməsi isə müttəfiqliyimizin, qardaşlığımızın ən yüksək səviyyədə olmasını təsdiqləməklə yanaşı, bütün türk dünyasına gözəl bir mesaj oldu.
Azərbaycan –Türkiyə münasibətləri bütün digər sahələrdə olduğu kimi hərbi sahədə də inkişaf etməkdədir. Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq. Azərbaycanın azad edilmiş torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətləri yorulmadan çalışırlar. Türkiyə şirkətlərinin səyləri nəticəsində bu gün bu bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətləri gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək, bu münasibət Azərbaycanda, eləcə də regionda davamlı sülhün və sabitliyin təminatçısı olacaqdır.
Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”in yüksək səviyyədə bu il Bakı şəhərində keçirilməsi iki qardaş ölkə arasında olan sıx əlaqələrin bir daha təsdiqi oldu. Azərbaycan ilk dəfə 2021-ci ildə “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalında iştirak edib. Festivalın sərgi hissəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən qurulmuş Azərbaycan Milli Pavilyonunda 11 yerli şirkət və startapın məhsul və həlləri nümayiş olunub, həmçinin ölkəmizin yerli istehsalı olan pilotsuz uçuş aparatları sərgilənib. “Teknofest Azərbaycan” çərçivəsində isə 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olundu. Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həlləri, eləcə də gənclərin hazırladıqları prototiplər və STEM layihələr nümayiş olundu, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotları sərgiləndi. Türkiyə, Azərbaycan dövlət başçılarının, həmçinin, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın və dünya şöhrətli alim Əziz Səncərin “Teknofest Azərbaycan” festivalında iştirak etməsi bu festivalın əzəmətindən xəbər verir. Bütün bunlar bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətlərinin dayanmadan inkişaf etməsindən, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlərin daha da dərinləşərək yeni mərhələyə qədəm qoymasından xəbər verir.
Rasim Abıyev,
Salyan rayon Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 102
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 24-05-2020, 23:28
- 9 981
- 3
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 27-04-2019, 10:08
- 9 042
- 2
- 23-10-2019, 21:00
- 8 057
- 1
- 29-11-2019, 09:00
- 7 905
- 3
- 13-05-2020, 22:05
- 7 763
- 0
- 28-04-2019, 20:56
- 7 529
- 2
- 23-04-2019, 21:57
- 7 297
- 2
- 11-03-2022, 12:24
- 310 102
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 7-11-2019, 09:36
- 6 080
- 124
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 22-12-2021, 14:22
- 4 747
- 57
- 10-02-2023, 10:54
- 4 281
- 55
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 14-01-2020, 09:33
- 6 806
- 20
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 27-03-2021, 14:25
- 4 976
- 7
- 29-11-2021, 09:36
- 4 569
- 5
- 29-09-2020, 11:15
- 4 991
- 5
- 24-09-2020, 11:41
- 5 026
- 5
- 16-05-2019, 14:19
- 6 921
- 5
- 15-05-2019, 09:47
- 5 260
- 5
SOSİAL ŞƏBƏKƏLƏR