Seymur Orucov: Dövlətçilik salnaməsində şanlı səhifə
- 03.09.2022, 13:29,
- Gündəm / Cəmiyyət
Baxılıb: 60
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov - Tarixdə şəxsiyyətlərin rolu inkaredilməzdir. Bu fikir daim böyük inamla və fəxrlə qeyd edilir ki, Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan ulu öndər Heydər Əliyevin düşünülmüş, gələcəyə hesablanmış siyasətidir. Bu mühüm məqam da xüsusi vurğulanır ki, tarixdə adı dövlətçiliyin simvoluna çevrilən çox az siyasi liderə rast gəlmək olar. Dövlətçilik salnaməsinə şanlı səhifələr Ümummilli Liderin rəhbərliyi ilə yazılıb. Dahi şəxsiyyətin hakimiyyətinin hansı dövrünə nəzər salsaq Azərbaycanın bu günü üçün mühüm əhəmiyyət kəsb edən işləri görürük.
Ulu Öndər Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsindən 31 il keçir. Qeyd edək ki, Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyası Azərbaycan Respublikası və Naxçıvan MR xalq deputatı Heydər Əliyevi yekdilliklə sədr seçmişdi. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Ümumilikdə Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, onun həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. O illərdə Azərbaycanın bu günü üçün mühüm işlər görülmüş, tarixi qərarlar qəbul edilmişdi. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. O illərin mühüm tarixi hadisələrindən biri də Yeni Azərbaycan Partiyasının yaradılması oldu. 1992-ci il 21 noyabr tarixində Naxçıvanda təsis konfransını keçirən YAP bu il 30 illik yubileyini qeyd edəcək. Zəfər ruhunda keçiriləcək bu yubiley tədbirində YAP-ın keçdiyi şərəfli yol təhlil edilərək hədəflər müəyyənləşdiriləcək. Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi YAP ümumxalq partiyasıdır.
Ümummilli lider Heyər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək mümkün deyil. Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyinin xilaskarına çevrildi. Onun düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan yenidən quruldu. Dövlətçiliyimizin əsasları yaradıldı. Bütün sahələrdə davamlı uğurlara imza atıldı. 1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü kimi xarakterizə edilir. Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu hədəfə uyğun olaraq Azərbaycan dünyaya Günəş kimi doğdu.
2003-cü ildən sonrakı dövrün mənzərəsini ulu öndər Heydər Əliyev həmin ilin oktyabrında xalqa müraciətində yaratmışdı. O, bildirmişdi ki, onun sona çatdıra bilmədiyi işləri, layihələri cənab İlham Əliyev xalqın, Yeni Azərbaycan Partiyasının dəstəyi ilə həyata keçirəcək. Ümummilli Liderin hər vədi, bugünümüz və gələcəyimiz üçün nəzərdə tutduğu hədəflər real həyatda öz əksini tapıb. Tarixi Zəfərimiz ulu öndər Heydər Əliyevin ən böyük arzularından biri idi ki, məhz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun gücü, xalqımızın yumruq kimi birliyi sayəsində artıq iki ilə yaxındır bu sevinci yaşayırıq. Hər kəs qalib Azərbaycanın vətəndaşı olmaqdan böyük qürur hissi keçirir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 24-05-2020, 23:28
- 9 980
- 3
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 27-04-2019, 10:08
- 9 041
- 2
- 23-10-2019, 21:00
- 8 056
- 1
- 29-11-2019, 09:00
- 7 904
- 3
- 13-05-2020, 22:05
- 7 762
- 0
- 28-04-2019, 20:56
- 7 528
- 2
- 23-04-2019, 21:57
- 7 296
- 2
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 7-11-2019, 09:36
- 6 079
- 124
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 22-12-2021, 14:22
- 4 746
- 57
- 10-02-2023, 10:54
- 4 277
- 54
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 14-01-2020, 09:33
- 6 805
- 20
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 27-03-2021, 14:25
- 4 975
- 7
- 29-11-2021, 09:36
- 4 568
- 5
- 29-09-2020, 11:15
- 4 990
- 5
- 24-09-2020, 11:41
- 5 025
- 5
- 16-05-2019, 14:19
- 6 920
- 5
- 15-05-2019, 09:47
- 5 259
- 5
SOSİAL ŞƏBƏKƏLƏR