• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)

Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)


Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Dövlət başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun məzarını da ziyarət edib və üzərinə gül dəstəsi qoyub.

Məlumat verilib ki, “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksi 2000-ci il iyulun 8-də Qırğız dövlətçiliyinin ən mühüm inkişaf mərhələlərinin tarixi yaddaşının bərpası və qorunub saxlanılması məqsədilə tikilib. Memorial görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun təklifi ilə “Ata-Beyit” - “Ataların məzarlığı” adlandırılıb.

Qırğız memarlığının elementləri nəzərə alınmaqla müasir standartlara uyğun inşa edilmiş kompleks üç hissədən - memorial günbəzdən, qəbirüstü plitələrdən və memorial divardan ibarətdir.

Ümumi sahəsi iki hektar olan kompleksdə 1920-1930-cu illərdə Qırğızıstanın siyasi həyatını əks etdirən sənədlər və fotoşəkillər, digər tarixi materiallar toplanıb. Kompleksin mərkəzində məzarlıq yerləşir, həmçinin burada muzey fəaliyyət göstərir.

Kompleksdə Qırğız xalqının mübarizəsinin rəmzi olan “Urkun” abidəsi də var.

***
Qırğız Respublikasında dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

“Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.



Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)Prezident Bişkekdə “Ata-Beyit” Kompleksini ziyarət etdi - FOTO/VİDEO (YENİLƏNİB)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter