Şərəfli vəzifəyə yiyələnən Daviq Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır
- 19.11.2019, 12:56,
- Gündəm / Cəmiyyət
Baxılıb: 232
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Dəmir Yolları NQS-nın rəisi Daviq Quliyev - Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir.
Dəmir yolunun çəkilməsi üçün əsas vəzifələrdən biri tez bir zamanda Balaxanı, Suraxanı zolağına düşən ərazilərin özgələşdirilməsi prosesini həyata keçirmək idi. Şəhər rəhbərliyi bu torpaqların qiymətləndirilməsini xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi ictimai komissiyaya tapşırır. Komissiya araşdırma apararaq 21 desyatindən çox olan özgələşdirilən torpaq sahələrini 34 580 rubl miqdarında qiymətləndirir. Bütövlükdə neft sahəsində dəmir yolu xətlərinin tikinti xərcləri isə 784 min 872 rubl təşkil edirdi. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir. 20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır.
Azərbaycan Dəmir Yolundakı 176 stansiyadan ikisi - Biləcəri və Şirvan avtomatlaşdırılmış təpəli iri çeşidləmə stansiyalarıdır. 12 stansiya hər cür lazımi maşın və mexanizmlərlə təchiz edilmiş konteyner meydançalarına malikdir, 3 stansiyada (Keşlə, Gəncə və Xırdalan) iri həcmli çoxtonnajlı konteynerlərlə əməliyyatlar icra edilir. Əgər yarandığı ilk on ildə dəmir yolunun inkişafı neftçıxarmanın və neftayırmayın inkişafı ilə sıx bağlı idisə, XX əsrin ikinci yarısından etibarən dəmir yolu nəinki dinamik inkişaf edən çoxsahəli respublika iqtisadiyyatına uğurla xidmət edir, həm də qonşu ölkələrə böyük həcmli tranzit daşınmaları da yerinə yetirir.
Azərbaycanın yaxın keçmişi istər dəmir yolu, istərsə də bütövlükdə respublika iqtisadiyyatı üçün ağır sınaq illəri ilə müşayiət olundu. Əvvəllər keçmiş İttifaqa daxil olan ölkələr arasında mövcud olan iqtisadi əlaqələrin kəsilməsi dəmir yolunun işinə də mənfi təsir göstərdi. Bu, daşıma həcminin kəskin surətdə azalması və yolun maliyyə-iqtisadi vəziyyətinin pisləşməsinə gətirib çıxardı. Azərbaycanın Dağlıq Qarabağ ətrafında iğtişaşa cəlb edilməsi vəziyyəti daha da ağırlaşdırdı.
Erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğal edilməsi və bir milyondan çox azərbaycanlının qaçqın düşməsinə gətirib çıxaran bu təcavüz nəticəsində Azərbaycan Dövlət Dəmir Yoluna da ciddi ziyan dəydi. Belə ki, 240 km-dən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qaldı. Mehri -Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşdü və 20 ildir çoxdur ki, onun ağırlıqlarını öz üzərində hiss edir. İşğala məruz qalan bütün dəmir yolu infrastrukturu və hərəkət tərkibləri məhv edilsə də, belə bir mürəkkəb vəziyyətdə dəmir yolu özünü saxlaya bilmiş və daşınmaya olan tələbatın ödənilməsinə nail olmuşdur.
132 illik tarixə malik olan Azərbaycan Dəmir Yolu çox əzəmətli fəaliyyət yolu keçmişdir. İstər çar Rusiyası, istərsə də Sovet hakimiyyəti dövründə Azərbaycan Dəmir Yolu daima inkişafda olmuş və Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində keçən əsrin 70-90-cı illərində öz tərəqqisinin zirvəsinə çatmışdır.
O dövrlərdə respublikaya rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin ölkənin inkişafına verdiyi önəmli diqqətdən Azərbaycan Dəmir Yolu da kənarda qalmamışdır. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan Respublikasına, istərsə də Sovetlər İttifaqında hökumətə rəhbərlik etdiyi dövrdə də, ümumilikdə, Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlamış və onun inkişafına xüsusi önəm vermişdir.
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2014-2019-cu illərdə inkişafına dair Dövlət Proqramı dəmir yolunun inkişafı üçün geniş imkanlar açır. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi iinkişaf strategiyası nəticəsində «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları arasında özünün layiqli yerini tutacaqdır.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Daviq Quliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Dəmir Yolları NQS-nın rəisi Daviq Quliyevdir.
Azərbaycan Dəmir Yolları NQS-nın rəisi Daviq Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Daviq Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Daviq Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Daviq Quliyevdən danışdılar yaxşı ki, Daviq Quliyev Azərbaycan Dəmir Yolları NQS-nın rəisi təyin olunub…Daviq Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….
Daviq Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Daviq Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Daviq Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Daviq Quliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Daviq Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Daviq Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Daviq Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Dəmir Yolları NQS-nın rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Daviq Quliyev özünü doğruldub. Bizdə hörmətli Daviq Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 992
- 5 497
- 10-02-2022, 10:36
- 28 370
- 244
- 7-04-2022, 11:57
- 21 515
- 207
- 26-04-2019, 16:16
- 16 094
- 45
- 18-09-2019, 10:29
- 13 614
- 119
- 12-12-2020, 12:00
- 13 332
- 92
- 11-04-2022, 16:00
- 11 813
- 12
- 15-05-2019, 20:27
- 11 026
- 54
- 24-05-2020, 23:28
- 9 944
- 3
- 26-04-2019, 15:39
- 9 426
- 99
- 27-04-2019, 10:08
- 9 005
- 2
- 23-10-2019, 21:00
- 8 021
- 1
- 29-11-2019, 09:00
- 7 868
- 3
- 13-05-2020, 22:05
- 7 727
- 0
- 28-04-2019, 20:56
- 7 493
- 2
- 23-04-2019, 21:57
- 7 261
- 2
- 11-03-2022, 12:24
- 309 992
- 5 497
- 10-02-2022, 10:36
- 28 370
- 244
- 7-04-2022, 11:57
- 21 515
- 207
- 7-11-2019, 09:36
- 6 021
- 121
- 18-09-2019, 10:29
- 13 614
- 119
- 26-04-2019, 15:39
- 9 426
- 99
- 12-12-2020, 12:00
- 13 332
- 92
- 22-12-2021, 14:22
- 4 709
- 57
- 10-02-2023, 10:54
- 4 224
- 54
- 15-05-2019, 20:27
- 11 026
- 54
- 26-04-2019, 16:16
- 16 094
- 45
- 14-01-2020, 09:33
- 6 770
- 20
- 11-04-2022, 16:00
- 11 813
- 12
- 27-03-2021, 14:25
- 4 940
- 7
- 29-11-2021, 09:36
- 4 533
- 5
- 29-09-2020, 11:15
- 4 954
- 5
- 24-09-2020, 11:41
- 4 990
- 5
- 16-05-2019, 14:19
- 6 885
- 5
- 15-05-2019, 09:47
- 5 224
- 5
SOSİAL ŞƏBƏKƏLƏR