Bahəddin Leysanov: Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır
- 01.11.2022, 10:22,
- Gündəm / Cəmiyyət
Baxılıb: 116
Facebook
Вконтакте
Одноклассники
Google+
MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov - Mən 1985-ci ilin Avqust ayından Neftçala pambıqtəmizləmə zavodunda Direktor vəzifəsində çalışmışam. İşlədiyim müddətdə Kollegiyanın üzvü olmuşam. Hər il yaxşı işlədiyimizə görə zavodumuz keçici Qırmızı Bayraqla təltif olunub və mükafatlar almışıq.
1987,1988,1989-cu illərdə kənar rayonlardan, Biləsuvar (o vaxtki Puşkin) rayonunun Ağalıkənd və Bolqarçay məntəqələrindən, Beylaqan (Jdanov) rayonunun Azərbaycan və Sarısu məntəqələrindən, Ağcabədi rayonunun Ağcabədi,Hüsülü və Beylaqan məntəqələrindən hər il cəmi 60-62 ton pambıq qəbul etməklə yüksək keyfiyyətli mahlıc istehsal edib (QOST normasında) kapitalist ölkələrinə göndərmişik.
Neftçala işləyən pambıq zavodunun illik pambıq emal gücü başqa zavodlar kimi 40 min ton olub.Biz istirahət günləri də olmaqla, bütün il boyu Avqust ayının 10-15 nə kimi yüksək mahlıc emal etməklə göstərilənlərin öhdəsindən gəlmişik.Bizim zavodun layihəsi ilə tikilmiş eyni güclə olan respublikada heç bir zavod bir il ərzində bizim qədər pambıq emal etməmişdir.
1990-1991-ci illərdə Neftçala Xalq Deputatlar Sovetinin İcrayyə Komitəsinin Sədri vəzifəsində çalışmışam. Bu vəzifənin 1991-ci ildə Dövlət tərəfindən ləğv olunması və seçkili orqanda işlədiyim üçün yenidən 1991-ci ilin Noyabr ayından pambıq zavoduna Direktor vəzifəsinə qayıtmışam.
1994-cü ildə Respublikada yeganə bizim rayonda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə İsraildən yeni gətirilən “Akala” pambıq sortunu nəzarətimizlə əkmişik. Bununla əlaqədar 2 dəfə Ulu Öndərin qarşısında Prezident Aparatının akt zalında çıxış etmişəm. 1994,1995,1996-cı illərdə Kənd Təsərrüfatı Nazirliyindən Prezident Aparatında Ulu Öndər Heydər Əliyev tərəfindən keçirilən reformalarla əlaqədar kiçik qrup şəklində (15-20 nəfərlə) yığıncaqlarda iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyini təmsil edərək nümayəndə kimi təkliflərlə çıxış etmişəm. Həmin illərdə bizim zavodun göstəriciləri yaxşı olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni texnologiyalı İtaliya və Fransa dövlətlərin xarici, toxunmayan parça sexi tikilmiş və işləmişdir.
1997-ci ildə zavod Açıq Səhmdar Cəmiyyətə çevrildiyi zaman zavodda Sədr kimi fəaliyyət göstərdim. 2000-ci ilin Yanvar ayından nisbətən pambıq istehsalı Neftçalada azaldığından MKT Rəhbərliyi tərəfindən Salyan ASC-nin Sədri işləməklə Neftçala ASC-yə də Rəhbərlik etdim.
2016-cı ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Regionların iqtisadi inkişaf” proqramına uyğun olaraq Neftçalada pambıq istehsalı artdığına görə indiki Rəhbərliyin göstərişi ilə 2017-ci ilin May ayından “MKT Neftçala” filialında Direktor işləməyə başladım. Bu illərdə ildən ilə bütün sahələrdə şəxsən “MKT Sistehsalat Kommersiya” MMC-nin İdarə heyətinin Sədri Rövşən Həsənovun bizim Filiala göstərdiyi qayğı və diqqətin nəticəsində göstəricilərimiz artaraq yüksək olmaqla nəticədə 2018-ci ildə mən şirkət tərəfindən “İlin Direktoru” nominasiyasında Diplom ilə təltif olundum. Hal-hazırdada göstəricilərimiz və işimiz kollektivin birgə səyi nəticəsində göz qabağındadır. Bütün Rəhbərliyə və kollektivimə minnətdaram ki, bizi hörmətli edib, gözdən salmadılar. Söz verirəm ki, bu işlərin davamı olacaq. “MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.
Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa “MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən "Bakı Tekstil Filialı" və "Mingəçevir Tekstil Parkı", Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən "Şirvan Yağ Emalı Zavodu" fəaliyyət göstərməkdədir.
“MKT İstehsalat Kommersiya” MMC tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyət inkişaf dinamıkasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçirir.
Zavod və müəssisələrə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş avadanlıqlar, texniki vasitələr və mütəxəssislər cəlb edilir.
“MKT İstehsalat Kommersiya” MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.
2021 mövsümündə cəmiyyət 45,7 min ha sahədən 29 s/ha xam pambıq istehsal etmişdir. 2021-ci ilin bütün ayları üzrə və 2022-ci ilin ilk rübü üzrə “MKT İstehsalat Kommersiya” MMC qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisəmizdə işçi sayısı 3200 nəfərdən çoxdur və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 080
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 24-05-2020, 23:28
- 9 974
- 3
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 27-04-2019, 10:08
- 9 035
- 2
- 23-10-2019, 21:00
- 8 050
- 1
- 29-11-2019, 09:00
- 7 898
- 3
- 13-05-2020, 22:05
- 7 756
- 0
- 28-04-2019, 20:56
- 7 522
- 2
- 23-04-2019, 21:57
- 7 290
- 2
- 11-03-2022, 12:24
- 310 080
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 7-11-2019, 09:36
- 6 072
- 124
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 22-12-2021, 14:22
- 4 740
- 57
- 10-02-2023, 10:54
- 4 271
- 54
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 14-01-2020, 09:33
- 6 799
- 20
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 27-03-2021, 14:25
- 4 969
- 7
- 29-11-2021, 09:36
- 4 562
- 5
- 29-09-2020, 11:15
- 4 984
- 5
- 24-09-2020, 11:41
- 5 019
- 5
- 16-05-2019, 14:19
- 6 914
- 5
- 15-05-2019, 09:47
- 5 253
- 5
SOSİAL ŞƏBƏKƏLƏR