• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycanın tətbiq etdiyi strategiya hərb tarixində yenilik idi

Azərbaycanın tətbiq etdiyi strategiya hərb tarixində yenilik idi


Rövşən Əhmədov: Vətən müharibəsində Azərbaycanın qələbəsini, Ermənistanın isə hərbi kapitulyasiyasını rəsmiləşdirən tarixi Üçtərəfli Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ermənistan ordusu darmadağın edildi. Bu baxımdan, Üçtərəfli Bəyanatın imzalanması Azərbaycanın hərbi yolla qazandığı qələbənin məntiqi nəticəsi idi. Döyüş meydanında qazanılmış qələbələr siyasi müstəvidə də qələbənin qazanılmasınıın əsasını qoydu.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev işğalçı Ermənistana da, dün¬ya¬nın iri dövlətlərinə də, beynəlxalq təşkilatlara da bildirirdi ki, münaqişə danışıqlarla həll edil¬mə¬sə onu Azərbaycan Ordusu döyüşlə həll edəcəkdir. Bu döyüşlərə xalqımız 28 il səbr və əzmlə hazırlaşmışdır.
Vətən Müharibəsi dünya tarixində indiyə qədər baş vermiş müharibələrdən bir qədər fərqli mü¬ha¬ri¬bə idi. Bu müharibənin iştirakçısı təkcə Azərbaycan Ordusu deyildi, bu müharibənin iştirak¬çı¬sı həm də bütün xalqımız idi. Öz ordusuna böyük, müqayisəyəgəlməz dəstəyi ilə, Vətən sevgisi ilə Xalq Odunun arxasında durdu.
Azərbaycan ordusu istər Lələ təpə döyüşlərində, istərsə də Tovuz döyüşləri zamanı hərbi qüdrətini Ermənistana nümayiş etdirdi. Vətən Müharibəsində reallaşdırılan hərbi taktikalar isə erməniləri vahiməyə saldığı kimi, dünyanın bir çox hərbi mütəxəssislərini heyrətə gətirdi.
Ermənilər işğal dövründə var gücləri ilə təmas xətti boyunca uzun illər bir neçə maneə zolaqlarından ibarət sədd yaratmaqla məşğul olmuşdular. Ohanyanın tövsiyyəsi və tələbi ilə bu sədd piyada əleyhina mina sahəsi, tank əleyhinə mina sahəsi, tikanlı məftillə hörülmüş dəmir-beton dirəklər, tank əleyhinə xəndəklər və digər müdafiə zolaqlarından ibarət idi. Düşmən Ohanyan səddinə arxayın idi. Ohanyan səddi mərhələli maneələr sistemi idi. Konk¬ret ərazidən Azərbaycan əsgərinin irəlilə¬mə¬sinin qarşısını saxlamaq, müəyyən müddətdə ləngitmək məqsədi güdürdü.
Azərbayca Ordusu müharibənin ilk günlərindən haqqında yaradılan mif ilə birlikdə bu səddi də darmadağın etdi. İlkin qələbələr Böyük Qələbənin baş¬lan¬ğıcını qoydu. Xalq həmin günün intizarındaydı. Ordumuz həmin günü tezləşdirmək, işğalı son¬landırmaq üçün qətiyyətlə döyüşürdü. Vətən Müharibəsində diqqət çəkən önəmli məqamlardan biri də Şanlı Ordumuzun 44 gün ərzində bir gün belə durmadan irəliləməsi idi.
Vətən müharibəsində qazanılan Zəfər hərbi qələbə idi. Dün¬yanın hərbi ekspertlərinin rəyinə görə dünyanın ən güclü orduları sırasındakı Azərbaycan Ordusunun reytinqi xeyli yüksəlmişdir. Bu qələbə siyasi baxımdan da çox dəyərlidir. Dünya dövlətləri bir da¬ha əmin oldu ki, Azərbaycan güclü döv¬lət¬dir. Xarici ekspertlar Vətən müha¬ri¬bəsinin taktika və strategiyasını öyrənilməsini vacib hesab edirlər. Bu, Azər¬baycana da, onun müzəffər or¬du¬suna da böyük ehtiram deməkdir. Azərbaycanın əldə etdiyi qələbə və apardığı hərbi əməliy¬yat¬lar həm texniki imkanlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir.
Bu Qələbə həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi təkcə görkəmli siyasi xadim deyil, həm də əsl Sərkərdə kimi dünyaya tanıtdı.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 047
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 737
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter