20 iyun Qaz təsərrüfatı işçilərinin peşə bayramı günüdür
- 20.06.2023, 14:31,
- Gündəm / Cəmiyyət
Baxılıb: 88
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 12 iyun tarixli Sərəncamına əsasən hər il iyunun 20-si “Qaz təsərrüfatı işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq ölkəmizdə enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində mühüm qərarlar qəbul etmiş, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində kompleks tədbirlər görülmüşdür.
Qaz təsərrüfatı işçiləri yaradılan şəraitdən səmərəli istifadə edərək bundan sonra da respublikada enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək, abonentlərin təbii qazla fasiləsiz təminatı üçün səylə çalışacaqlar.
Həftənin ilk “Açıq mikrofon” aksiyası Gədəbəy rayonunda keçirildi
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Gədəbəy rayonunun sakinləri üçün təşkil olunub. Aksiyaya qatılan 12 sakindən 3-ü Pərizamanlı, Ərtəpə və Soyuqbulaq kəndinin qazlaşdırılmasını istəyib. Qalan digər 9 müraciətə gəlincə isə bunlar fərdi yaşayış evinin qazlaşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi və Qoşabulaq kəndinin genişlənmiş ərazisinin qazlaşdırılmasından ibarət olub. Şəmkir RQİİ-nin rəhbər şəxsləri ünvanlanan bütün müraciətlərlə bağlı ətraflı məlumat verdikdən sonra problem və təkliflərin Birliyin səlahiyyətləri çərçivəsində həll olunacağını bildiriblər.
Cari ilin 5 ayında 15 kənd və 25 yaşayış massivi qazlaşdırılıb
“Yanvar ayından bu günədək 15 kənd və 25 yaşayış massivinin qazlaşdırılması işləri yekunlaşıb. Daha 23 kənd və 19 massivin qazlaşdırılması davam etdirilir. Eyni zamanda 11 kənd və 14 yaşayış massivində işlər başa çatmaq üzrədir.” Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə qazlaşdırılma prosesi yekunlaşan ərazilərdə işlər yenicə görülməsinə baxmayaraq qazın verilməsi prosesi tam təhlükəsiz şəkildə həyata keçirilir. “Fövqəladə Hallar Nazirliyi digər müvafiq orqanlarla birgə yoxlanışlar apardıqdan sonra həmin bölgəyə qazın verilişi təmin olunacaq. Bu yoxlanış işləri bütün görülən işlərdən daha vacibdir”,– deyə qurum rəsmisi qeyd edib. Eldəniz Vəliyev həmçinin cari ilin sonunadək 59 kənd 102 yaşayış massivinin qazlaşdırılmasının nəzərdə tutulduğunu da bildirib. Görüş zamanı media nümayəndələrinə istehlakçıların istifadə etdiyi təbii qaz limitlərilə bağlı məlumat da verilib. Bildirilib ki, 2023-cü ilin yanvar-may ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 720 030 abonent 12 qəpik, 705 012 abonent 20 qəpik, 75 001 abonent isə 25 qəpik tarifi ilə təbii qazdan istifadə edib.
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 500 mininci abonenti məlum oldu
SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 500 mininci abonentinin adı məlum olub. O, Göygöl rayonu, Murovdağ qəsəbəsində qeydiyyatda olan Hacıyev Natiq Musa oğludur. Natiq Hacıyev torpaqlarımızın azadlığı uğrunda gedən Vətən müharibəsində iştirak edib və döyüş zamanı yaralanıb. Müharibə veteranının yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması işi də SOCAR "Azəriqaz" İB tərəfindən təmin edilib. Aparılan hesabatlar zamanı təsadüfi olaraq Natiq Hacıyevin 2 milyon 500 mininci abonent olduğu məlum olub. Bu məqsədlə qurum rəsmisi abonentin fərdi yaşayış evini ziyarət edib. Daha sonra Birlik adından ailə üzvlərinə hədiyyə təqdim olunub.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 050
- 5 499
- 10-02-2022, 10:36
- 28 388
- 244
- 7-04-2022, 11:57
- 21 542
- 207
- 26-04-2019, 16:16
- 16 114
- 45
- 18-09-2019, 10:29
- 13 631
- 119
- 12-12-2020, 12:00
- 13 353
- 92
- 11-04-2022, 16:00
- 11 830
- 12
- 15-05-2019, 20:27
- 11 050
- 54
- 24-05-2020, 23:28
- 9 962
- 3
- 26-04-2019, 15:39
- 9 446
- 99
- 27-04-2019, 10:08
- 9 022
- 2
- 23-10-2019, 21:00
- 8 038
- 1
- 29-11-2019, 09:00
- 7 886
- 3
- 13-05-2020, 22:05
- 7 744
- 0
- 28-04-2019, 20:56
- 7 510
- 2
- 23-04-2019, 21:57
- 7 278
- 2
- 11-03-2022, 12:24
- 310 050
- 5 499
- 10-02-2022, 10:36
- 28 388
- 244
- 7-04-2022, 11:57
- 21 542
- 207
- 7-11-2019, 09:36
- 6 057
- 124
- 18-09-2019, 10:29
- 13 631
- 119
- 26-04-2019, 15:39
- 9 446
- 99
- 12-12-2020, 12:00
- 13 353
- 92
- 22-12-2021, 14:22
- 4 728
- 57
- 10-02-2023, 10:54
- 4 254
- 54
- 15-05-2019, 20:27
- 11 050
- 54
- 26-04-2019, 16:16
- 16 114
- 45
- 14-01-2020, 09:33
- 6 787
- 20
- 11-04-2022, 16:00
- 11 830
- 12
- 27-03-2021, 14:25
- 4 957
- 7
- 29-11-2021, 09:36
- 4 550
- 5
- 29-09-2020, 11:15
- 4 972
- 5
- 24-09-2020, 11:41
- 5 007
- 5
- 16-05-2019, 14:19
- 6 902
- 5
- 15-05-2019, 09:47
- 5 241
- 5
SOSİAL ŞƏBƏKƏLƏR