• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Seymur Orucov: Tarixi liderlik missiyası

Seymur Orucov: Tarixi liderlik missiyası


Ağstafa RİH başçısı Seymur Orucov Kolxəlfəli kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib
Seymur Orucov: Tarixi liderlik missiyası

Müvafiq qrafikə uyğun olaraq Kolxəlfəli kənd tam orta məktəb binasının akt zalında təşkil olunan qəbulda başçının müavinləri və aparatının şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

RİH başçısı, Prezident İlham Əliyevin respublikamızın əminamanlığı, tərəqqisi naminə yürütüdüyü uğurlu daxili və xarici siyasətdən söz açaraq diqqətə çatdırıb ki, ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar vətəndaş qəbullarının keçirilməsinin əsas məqsədi sakinləri maraqlandıran və narahat edən məsələləri daha ətraflı araşdıraraq operativ həllinə nail olmaqdan ibarətdir.

Səyyar qəbulda vətəndaşlar tərəfindən irəli sürülən təklif və müraciətlər qəbul olunaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələyə dair qanunamüvafiq izahatlar verilib, həlli ilə bağlı ətraflı müzakirələr aparılaraq zəruri tədbirlər müəyyən edilib.

Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası
Seymur Orucov: Tarixi liderlik missiyası


Ağstafa RİH başçısı Seymur Orucov - Azərbaycan 2011-ci ildən etibarən BMT-dən sonra sonra ikinci ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının üzvüdür. Bu qurum dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilməklə beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən nüfuzlu təsisatdır. 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi, daha sonra ötən il ölkəmizin sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması isə üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin mütərəqqi təşəbbüslərinə ayrılan yüksək diqqətin təzahürüdür.

Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyəti, bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə 2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda bir daha nümayiş etdirildi. Yubiley toplantısında Azərbaycanın irəli sürdüyü təklifin reallaşması nəticəsində Bu ilin mart ayında paytaxt Bakı Qoşulmama Hərəkatının COVİD-19- qarşı mübarizə üzrə Təmas Qrupunun dünyanın 70 ölkəsindən nümayəndə heyətinin iştirak etdiyi Zirvə görüşünə ev sahibliyi etmişdir.

2 gün öncə isə - 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda Bakıda keçirilmiş nazirlər görüşündə Prezident İlham Əliyevin çıxışındakı tezislər də Azərbaycanın quruma sədrliyi dövründə Hərəkatın qarşısına qoyulmuş hədəflərə yönəlmiş siyasi iradənin və qətiyyətin nümayişidir. Qürurvericidir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə mükəmməl nümunə formalaşdırıb. Dövlətimizin başçısı bir sıra vacib məqamlara toxunaraq, Hərəkatın qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səyləri yüksək dəyərləndirmişdir. Qoşulmama Hərəkatının təməlində suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən Bandunq prinsiplərinin dayandığını bildirən dövlətimizin başçısı Azərbaycanın bu prinsiplərə hər zaman sadiq qaldığını vurğulamışdır: “Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə “Bandunq prinsipləri” əsasında ədaləti, beynəlxalq hüququ və üzv ölkələrin qanuni maraqlarını qətiyyətlə qorudu”.

Bu illər ərzində Qoşulmama Hərəkatının mühüm təşəbbüslərlə çıxış etdiyi və xüsusilə COVİD-19 pandemiyasına qarşı mübarizədə liderliyinin beynəlxalq səviyyədə tanındığı vurğulanmışdır. Hələ bundan öncə - 2020-ci ilin dekabr ayında cənab İlham Əliyevin 150-dən artıq ölkənin dəstəyini almış təklifi əsasında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası təşkil olunmuşdur. Məhz ölkəmizin ardıcıl səyləri nəticəsində ədalət və bərabərlik nümunəsi olaraq peyvənd millətçiliyinə son qoyulmuşdur. Belə ki, Qoşulmama Hərəkatı 2021-ci ildə BMT İnsan Haqları Şurası və BMT Baş Assambleyasında peyvənd millətçiliyinə qarşı qəbul edilmiş 2 qətnamənin təşəbbüskarı olmuşdur. Məhz Azərbaycanın təklifi ilə Qoşulmama Hərəkatının İşçi Qrupunun topladığı məlumatları Ümumdünya Səhiyyə Təşkilatı ehtiyacların müəyyən edilməsi üçün pandemiya ilə mübarizədə baza kimi istifadə etmişdir. Bu dövr ərzində Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatının üzvləri olan 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərmişdir. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Prezident İlham Əliyev bu nailiyyətlərin Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyinə dəlalət etdiyini vurğulamışdır.

Ölkəmiz Hərəkatın instutisional inkişafına mühüm dəstək verir. Azərbaycanın Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis edilməsi ilə bağlı təklifi üzv ölkələr tərəfindən dəstəklənmiş və onun ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirilmişdir. Bir ay sonra Şuşa razılaşması əsasında Hərəkatın gənclər təşkilatı yaradılmışdır. Onun da daimi katibliyi Bakıda yerləşəcəkdir. Çıxışda qeyd edildiyi kimi, hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işlər aparılır: “İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq”.

Cənab İlham Əliyev qeyd etmişdir ki, son onilliklər ərzində beynəlxalq norma və prinsiplərin aşınması qlobal təhlükəsizliyə ciddi təhdiddir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə daha çox müşahidə olunmaqdadır. Ona görə də “Multilateralizmin əsl müdafiəçisi və BMT-dən sonra ikinci böyük təsisat kimi Qoşulmama Hərəkatı yenidən formalaşan dünya nizamında öz yerini tapmalıdır. Hərəkat “Bandunq prinsipləri” ətrafında qətiyyətlə dayanmalı, habelə suverenliyin, ərazi bütövlüyünün pozulması və ölkələrin daxili işlərinə müdaxilə hallarına qarşı öz səsini ucaltmalıdır”.

Prezident İlham Əliyev bu gün dünyada yeni müstəmləkəçilik meyillərinin artmasından narahatlığını ifadə etmiş və tarixi dekolonizasiya prosesində yaranmış Qoşulmama Hərəkatının müasir tariximizin bu bu rüsvayçı səhifəsini tamamilə aradan qaldırılması istiqamətində səylərini birləşdirməli olduğu barədə tövsiyə vermişdir. Bu kontekstdə Qəmər Adaları İttifaqının Mayot adasını hələ də əsarət altında saxlayan Fransanın bu günədək davam edən müstəmləkəçi siyasəti ciddi tənqidə tuş gəlmişdir. Cənab İlham Əliyev rəsmi Parisin Avropadan kənarda idarə etdiyi əraziləri “Fransız müstəmləkə imperiyasının iyrənc qalıqları” kimi dəyərləndirmiş, Fransanı Yeni Kaledoniya xalqının və digər xalqların hüquqlarına hörmət etməyə, Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə və qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırım aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırmışdır: “Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir”. Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləməyə davam etdiyini iştirakçıların diqqətinə çatdıran cənab İlham Əliyev Cənubi Qafqaz regionunda da mənfur təcrübənin Cənubi Qafqaz regionunda da tətbiq edilməsinə cəhdlər fonunda siyasi riyakarlığın və ikili standartların perspektivinin olmadığını bəyan etmişdir: “Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi...” Son günlər Fransanı bürümüş kütləvi iğtişaşların kökündə məhz ölkədəki irqçilik və islamofobiyanın təzahürü olduğunu bildirən dövlətimizin başçısı demişdir ki, Niderland kralı ölkəsinin müstəmləkə keçmişinə və qul ticarəti ilə məşğul olduğuna görə rəsmən üzr istəyib. Biz onun fransız həmkarını da həmin hərəkəti etməyə çağırırıq... Bu, yalnız Fransanın tarixi günahının etirafı olmayacaq, həm də Fransanın əlcəzairli yeniyetmənin vəhşicəsinə öldürülməsindən sonra qarşılaşdığı dərin siyasi, sosial və humanitar böhranın nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Prezident İlham Əliyevin təşəbbüsləri, prinsipial və qətiyyətli mövqeyi beynəlxalq miqyasda təqdir olunur. İrqçiliyə, ədalətsizliyə, separatçılığa qarşı Hərəkat çərçivəsində onun rəhbərliyi ilə qlobal etimada söykənən mübarizə platforması yaradılmaqdadır. Fransa Müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığın əldə olunması da məhz bu məqsədləri ehtiva edir.

Azərbaycan Prezidentinin bugünkü toplantıdakı çıxışı qlobal miqyaslı problemlərin həlli yollarının tapılması baxımından müstəsna beynəlxalq siyasi əhəmiyyət kəsb edir. Cənab İlham Əliyev bu gün dünyada formalaşan yeni geosiyasi şəraitdə BMT-nin öz funksiyasını adekvat şəkildə yerinə yetirə bilmədiyini, ikili standartlardan xilas ola bilmədiyini bir daha dilə gətirmiş və yeni kriteriyalar üzərindən yanaşma kontekstində BMT TŞ-nın tərkibinə Qoşulmama Hərkatının və Afrika qitəsinin nümayəndəsinin daxil edilməsinin zəruriliyini vacib arqumentlərlə əsaslandırmışdır: “BMT TŞ keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir... Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır”.

Dövlətimizin başçısının çıxışında 44 günlük Vətən müharibəsinin nəticələri, habelə postmünaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin nizama salınması ilə bağlı tarixi və siyasi proseslər barədə məlumat verilmişdir. Bu kontekstdə münaqişənin ilk illərindən başlayaraq özünün qəbul etdiyi məlum 4 qətnamənin icrasını 30 il ərzində təmin etməyən BMT TŞ-nın ikili standartlara söykənən qeyri-adekvat mövqeyinin tənqidi də çıxışda yer almışdır. Azərbaycanın təkbaşına bu qətnamələri icra etməsi cənab İlham Əliyev tərəfindən BMT tarixində presedent kimi dəyərləndirilmişdir. Eyni zamanda çıxışda bölgədə sülhyaratma prosesinə əngəl yaradan, özünün silahlı təxribat və digər cinayətlərini davam etdirən, separatizm və işğalçı meyillərindən qurtula bilməyən rəsmi İrəvana bir daha ciddi xəbərdarlıq səslənmişdir: “Rəsmi İrəvan onun üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Ermənistan təxminən 3 il əvvəl imzaladığı kapitulyasiya aktında yer almış öhdəliyi olan və Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq Zəngəzur dəhlizinin açılmasına mane olur... Əgər Ermənistan həqiqətən də regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır”.

Bu gün Ermənistanın hərbi cinayətləri nəticəsində Azərbaycan minalarla çirkləndirilmiş böyük əraziləri təmizləməyə məcburdur. Bu problem dayanıqlı inkişaf məqsədləri ilə birbaşa əlaqəlidir. Prezident İlham Əliyev 18-ci dayanıqlı inkişaf məqsədinin minadan təmizlənmə olması barədə Azərbaycanın təşəbbüsünü fəal şəkildə təşviq etdiyini bildirərək Qoşulmama Hərəkatını Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması barədə təklifi dəstəkləməyə çağırmışdır.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündə qəbul etdiyi Bakı Bəyannaməsinin müddəaları da daxil olmaqla bütün bunlar əminlik yaradır ki, ölkəmiz bundan sonra da Hərəkatın sədri kimi üzv dövlətlərin legitim maraqlarını müdafiə olunmasına və qurumun beynəlxalq arenada rolunun artmasına mühüm töhfələr verəcəkdir. Qlobal təhdidlərlə mübarizənin önündə gedən Azərbaycan beynəlxalq miqyasda getdikcə daha sürətlə artmaqda olan nüfuzundan istifadə edərək dünya miqyasında ədalətin, və sülhün bərqərqar olmasına təkan verəcək və tarixi liderlik missiyasını sonadək uğurla davam etdirəcəkdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 032
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 722
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter