Rövşən Bağırovun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki
- 26.12.2019, 10:28,
- Gündəm / Sosial
Baxılıb: 273
Facebook
Вконтакте
Одноклассники
Google+
Lerik Rayon İcra Hakimiyyəti başçısı Rövşən Bağırov - Əziz həmvətənlər.
2019-cu il sona yaxınlaşır. Tam əminliklə demək olar ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olmuşdur. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf etmişdir. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik. Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2019-cu ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir.
Əziz həmvətənlər, əziz bacılar və qardaşlar.
Mən sizi Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bayramınız mübarək olsun!
************************
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramları ölkənin hər yerində olduğu kimi, Lerikdə də uğurla icra edilir. Lerik deyəndə istər-istəməz gözlərimiz qarşısında əsrarəngiz mənzərələr, uca dağlar, dərin dərələr, sıldırım qayalar, yaşıl donlu meşələr, axan çaylar, buz bulaqlar canlanır. Rayonda yeni infrastruktur yaradılıb, təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, sahibkarlıq genişlənib, yeni avtomobil yolları inşa edilib, qaz və su xətləri çəkilib, elektrik təsərrüfatı yenilənib, 10 mindən yuxarı yeni iş yeri açılıb. Dövlət vəsaiti hesabına, Təhsil Nazirliyinin sifarişi ilə rayonda 10 modul tipli məktəbin, 180 şagird yerlik Orand və Heydər Əliyev Fondunun vəsaiti hesabına Siyov kəndində 180 şagird yerlik məktəbin tikintisində son tamamlanma işləri aparılır, Zenoni kəndində 56, Haftoni kəndində 80 və Mistan kəndində isə 40 şagird yerlik məktəblərin tikintisi davam etdirilir. 180 şagird yerlik Əvilə kənd ümumi orta məktəbi yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə verilmişdir.
Burada bir haşiyə çıxaraq qeyd etmək lazımdır ki, ulu öndər bundan əvvəl də milli təhlükəsizlik orqanlarında müxtəlif vəzifələrdə çalışarkən dağ rayonu kimi Leriklə həmişə sıx təmasda olub. Bu sözlər də onundur: "Lerik Azərbaycanın ucqar dağ rayonudur... Orada gözəl insanlar, zəhmətkeş adamlar, qəhrəman insanlar yaşayır. Mən leriklilərlə əbədi dostam. Bu dostluq böyük sınaqlardan keçib”. 1993-cü ilin yayında yenidən hakimiyyətə gələndən sonra da ümummilli lider bu rayonla, onun əhalisi, ayrı-ayrı insanları ilə əlaqəsini bərpa edib. Düzdür, o illər respublikada iqtisadiyyat çox zəifləmiş, sovet dövründən qalanlar dağıdılaraq məhv edilmişdi. Ancaq xalqda, eyni zamanda leriklilərdə belə bir inam vardı ki, böyük siyasətçi, polad iradəyə sahib olan Heydər Əliyevin rəhbərliyi altında hər şey öz axarına, nizamına düşəcək. Belə də oldu.
Lerikdə əsl işgüzar mühit hökm sürür. İcra hakimiyyətinin başçısı Rövşən Bağırovun vaxtaşırı ərazilərdə keçirdiyi səyyar qəbul-görüşlərdə sakinlər bunu həvəslə vurğulayır, problemlərinin ardıcıl həllindən razılıqlarını bildirirlər.
Bəli, “dağların tacı” Lerik beləcə inkişaf edir, əhalinin yaşam tərzi daha da yaxşılaşır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 000
- 5 497
- 10-02-2022, 10:36
- 28 370
- 244
- 7-04-2022, 11:57
- 21 515
- 207
- 26-04-2019, 16:16
- 16 094
- 45
- 18-09-2019, 10:29
- 13 614
- 119
- 12-12-2020, 12:00
- 13 333
- 92
- 11-04-2022, 16:00
- 11 813
- 12
- 15-05-2019, 20:27
- 11 026
- 54
- 24-05-2020, 23:28
- 9 944
- 3
- 26-04-2019, 15:39
- 9 427
- 99
- 27-04-2019, 10:08
- 9 005
- 2
- 23-10-2019, 21:00
- 8 021
- 1
- 29-11-2019, 09:00
- 7 868
- 3
- 13-05-2020, 22:05
- 7 727
- 0
- 28-04-2019, 20:56
- 7 493
- 2
- 23-04-2019, 21:57
- 7 261
- 2
- 11-03-2022, 12:24
- 310 000
- 5 497
- 10-02-2022, 10:36
- 28 370
- 244
- 7-04-2022, 11:57
- 21 515
- 207
- 7-11-2019, 09:36
- 6 024
- 122
- 18-09-2019, 10:29
- 13 614
- 119
- 26-04-2019, 15:39
- 9 427
- 99
- 12-12-2020, 12:00
- 13 333
- 92
- 22-12-2021, 14:22
- 4 709
- 57
- 10-02-2023, 10:54
- 4 224
- 54
- 15-05-2019, 20:27
- 11 026
- 54
- 26-04-2019, 16:16
- 16 094
- 45
- 14-01-2020, 09:33
- 6 770
- 20
- 11-04-2022, 16:00
- 11 813
- 12
- 27-03-2021, 14:25
- 4 940
- 7
- 29-11-2021, 09:36
- 4 533
- 5
- 29-09-2020, 11:15
- 4 954
- 5
- 24-09-2020, 11:41
- 4 990
- 5
- 16-05-2019, 14:19
- 6 885
- 5
- 15-05-2019, 09:47
- 5 224
- 5
SOSİAL ŞƏBƏKƏLƏR