BSU-da yaradılmış sağlam və işgüzar ab-hava, mənəvi-psixoloji mühit, şəffaf və obyektiv tədris və imtahan prosesi “Şöhrət” ordenli, professor Nurlana xanım Əliyevanın adı ilə bağlıdır
- 03.02.2020, 12:17,
- Gündəm / Təhsil
Baxılıb: 250
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan, cəmiyyətdə yenilikçi ruhu və müasirliyi ilə seçilən Bakı Slavyan Universitetində dövlət gənclər siyasətinin icrası üçün səmərəli və məqsədyönlü fəaliyyət həyata keçirilir. Tanınmış və təcrübəli elm və təhsil təşkilatçısı, vətənpərvər insan, qayğıkeş ziyalı, BSU-nun rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, Əməkdar müəllim, “Şöhrət” ordenli, professor Nurlana xanım Əliyeva tələbə-gənclərin keyiyyətli təhsil almalarını, sosial fəallıqlarının gücləndirilməsini, universitetin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etmələrini, onların xalqımızın yüksək milli-mənəvi dəyərlərinə, Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmalarını əsas vəzifələr kimi qarşya qoyub. BSU-da yaradılmış sağlam və işgüzar ab-hava, mənəvi-psixoloji mühit, şəffaf və obyektiv tədris və imtahan prosesi, tələbə ictimai təşkilatlarının fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi tələbələrin yaxşı təhsil almalarına müsbət təsir göstərməklə yanaşı, onların fərdi təşəbbüskarlığını artırır, fəaliyyətlərinə ciddi stimul verir. Eyni zamanda BSU-da tələbələrin sosial müdafiəsi daim universitet rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Ehtiyacı olan, mövcud qanunvericilikdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulan ailələrdən olan tələbələrin yataqxanada otaqla təmin edilmələri, onlara hər ay yemək talonlarının verilməsi, maddi yardım göstərilməsi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən hər tədris ilində iki dəfə adlı təqaüdlərin verilməsi, eləcə də fəal tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli təşkil olunması bunun əyani sübutudur. Tələbə-gənclərimiz müasir dövrümüzün trendlərindən sayılan könüllülük hərəkatında fəal iştirak edirlər. BSU-nun mindən çox tələbə-könüllüsü respublika səviyyəli tədbirlərdə, eləcə də beynəlxaq tədbirlərdə universitetimizi yüksək təəssübkeşliklə, layiqincə təmsil edirlər. Dövlət başçımızın müvafiq Sərəncamı ilə “ Könüllülər ili” elan edilmiş 2020-ci ildə də tələbələrimiz könüllük hərəkatına öz töhfələrini verəcəklər.
BSU-da Rusiya Federasiyasının nümayəndələri ilə görüş
Yanvarın 23-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümummrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Beynəlxalq fəaliyyət üzrə direktoru Svetlana Qoroxova, həmin kitabxananın Elm və təhsil fəaliyyəti üzrə direktoru Tatyana Polejayeva, Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa ölkələri üçün Qoruma və Mühafizə Mərkəzinin koordinatoru Mariya Kolpakova, Elektron-Kitabxana Sisteminin Baş direktoru Natalya İvanova, Elektron-Kitabxana Sisteminin Layihələr üzrə koordinatoru Vita Kutuyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Tamilla Əhmədova ilə görüşüb. Görüşdə Təhsil Nazirliyinin əməkdaşları Kamran Rəsulov, İlqar Dadaşov, BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov iştirak ediblər.
Görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rusiyalı nümayəndələrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 2000-ci ildə M.F.Axundzadə adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılmış universitetin keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, tədris edilən xarici dillər, profesor-müəllim və tələbə heyəti, tədris prosesi, həyata keçirilən elmi tədqiqatlar, universitetin fəaliyyət istiqamətləri, son illər reallaşdırılan mütərəqqi yeniliklər, genişmiqyaslı islahatlar, beynəlxalq əlaqələr və qarşıda dayanan əsas vəzifələr barədə geniş məlumat verib. Rektor qeyd edib ki, BSU unikal ali təhsil müəssisəsidir. BSU-da 10 tədris-mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onlardan ən böyüyü Rusiya Tədris-Mədəniyyət Mərkəzidir.
BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov və Elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov universitetin xarici ölkələrdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri haqqında məlumat veriblər.
Öz növbəsində rusiyalı nümayəndələr və Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov səmimi və işgüzar görüşə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər. Görüşdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Sonra BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi və həmin mərkəzin Moskva və Sankt-Peterburq auditoriyaları ilə tanış olan qonaqlara mərkəzin fəaliyyəti barədə geniş məlumat verilib. Rusiya Tədris-Mədəniyyət Mərkəzində BSU-nun tələbə-gəncləri qonaqlar qarşısında bədii kompozisiya ilə çıxış ediblər. Onların çıxışları alqışlarla müşayiət olunub.
Daha sonra qonaqlar BSU-nun Əsas kitabxanasının fəaliyyəti ilə tanış olublar. Rektor Nurlana Əliyeva onlara kitabxananın strukturu, kitab fondu, kitabxananın elektronlaşdırılması, Kitabxana Şurası barədə ətraflı məlumat verib. Qeyd edib ki, Kitabxana Şurası Əsas kitabxananın fəaliyyətinin təkmilləşdirilməsini və müasir tələblərə cavab verməsini daim diqqət mərkəzində saxlayır. Eyni zamanda rusiyalı mütəxəssislər BSU-dakı Qiraət zalı, Elmi-tədqiqat layihələri laboratoriyasının Tərcümə və leksikoqrafiya bölməsi və universitetin Muzeyində olublar.
Rusiyalı mütəxəssislər BSU-da həmçinin yeni istifadəyə veriləcək Nəsimi auditoriyası ilə də tanış olublar.
Sonda qonaqlar BSU-nun Heydər Əliyev Tədris Mərkəzində Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə dünya ədəbiyyatının klassiki, böyük rus yazıçısı Anton Çexovun anadan olasının 160 illiyinə həsr olunmuş “Çexov dövrü” adlı ədəbi oxular çərçivəsində “A.P.Çexov irsinin XXI əsrdə aktuallığı” mövzusunda keçirilən dinləmələrdə iştirak ediblər. Dinləmələrdə Anton Çexovun həyatı və ədəbi irsi hərtərəfli təhlil edilib, yazıçının əsərlərinin müasir dövrümüzdə də çox aktual olduğu xüsusi vurğulanıb. Bütövlükdə qonaqlar BSU-dan xoş təəssürat və yüksək əhvali-ruhiyyə ilə ayrılıblar.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 24-05-2020, 23:28
- 9 947
- 3
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 27-04-2019, 10:08
- 9 008
- 2
- 23-10-2019, 21:00
- 8 024
- 1
- 29-11-2019, 09:00
- 7 871
- 3
- 13-05-2020, 22:05
- 7 730
- 0
- 28-04-2019, 20:56
- 7 496
- 2
- 23-04-2019, 21:57
- 7 264
- 2
- 11-03-2022, 12:24
- 310 007
- 5 498
- 10-02-2022, 10:36
- 28 373
- 244
- 7-04-2022, 11:57
- 21 522
- 207
- 7-11-2019, 09:36
- 6 031
- 123
- 18-09-2019, 10:29
- 13 617
- 119
- 26-04-2019, 15:39
- 9 431
- 99
- 12-12-2020, 12:00
- 13 336
- 92
- 22-12-2021, 14:22
- 4 713
- 57
- 10-02-2023, 10:54
- 4 233
- 54
- 15-05-2019, 20:27
- 11 033
- 54
- 26-04-2019, 16:16
- 16 097
- 45
- 14-01-2020, 09:33
- 6 773
- 20
- 11-04-2022, 16:00
- 11 816
- 12
- 27-03-2021, 14:25
- 4 943
- 7
- 29-11-2021, 09:36
- 4 536
- 5
- 29-09-2020, 11:15
- 4 958
- 5
- 24-09-2020, 11:41
- 4 993
- 5
- 16-05-2019, 14:19
- 6 888
- 5
- 15-05-2019, 09:47
- 5 227
- 5
SOSİAL ŞƏBƏKƏLƏR