• 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib


Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinə görülən işlər barədə məlumat verib.

Dövlət başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yoludur.

Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayonunun ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq.

Yolboyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-da tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.

Uzunluğu 126 kilometr olan mövcud Kəlbəcər-Laçın avtomobil yolunun yeni layihəyə əsasən tikintisi Kəlbəcər şəhər mərkəzindən Laçın şəhər mərkəzinədək məsafəni 32,2 kilometr qısaldaraq 93,8 kilometr təşkil edəcək.

Laçın şəhər mərkəzindən Laçın Beynəlxalq Hava Limanınadək hazırda mövcud yol üzrə məsafə 65 kilometr təşkil edir. Yeni tikilən yol üzrə isə məsafə 35,8 kilometr olacaq. Yolun 40-cı kilometrliyindən ayrılan və Laçın Beynəlxalq Hava Limanına aparan körpünün tikintisi də layihə çərçivəsində yerinə yetirilir. Ümumilikdə Kəlbəcər-Laçın avtomobil yolunda tikinti işlərinin 44 faizi icra olunub. Yeni yol Kəlbəcər və Laçın rayonlarının bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və Laçın Beynəlxalq Hava Limanına rahat gediş-gəlişi təmin edəcək, ümumilikdə bu bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək.

Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - YenilənibPrezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - Fotolar - Yenilənib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Xırdalandakı güclü yanğın olub

  • 18-07-2026, 10:23
  • 9
  • 0

Moskvaya dron hücumu - 26 yaralı

  • 18-07-2026, 09:47
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter