İlham Cəbrayılov: Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur
- 28.02.2020, 11:09,
- Gündəm / Cəmiyyət
Baxılıb: 140
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Agentliyində səmərəli fəaliyyətinə görə Cəbrayılov İlham Yasəf oğlu “Əməkdar mühəndis” fəxri adı verilibQuba Yol İstismarı idarəsinin rəisi İlham Cəbrayılov - Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub.
Dövlət Proqramı Quba rayonunda uğurla icra olunur. Rayonda uğurlu görülən işlərdən ən vacibi yolların əsaslı təmiri və qaz xətlərinin çəkilməsidir. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirmişdir. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. Fərəhlidir ki, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Hazırda ölkədə yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi hesabına da irimiqyaslı layihələr icra olunur. Yol şəbəkəsinin yenidən qurulması, sözün əsl mənasında, ürək açır. Azərbaycanın yol infrastrukturunun dəyişdirilməsinə, yollarımızın formalaşdırılmasına və inkişafına hələ 26 il əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmışdır. Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat faktoru deyil, həm də bütünlüklə həyat mənbəyi hesab etmişdir. Ümummilli lider Heydər Əliyevin uğurlu inkişaf strategiyasını layiqincə davam etdirən cənab İlham Əliyev də bütün sahələrlə yanaşı, Azərbaycanda beynəlxalq standartlara cavab verən yolların tikintisini prioritet məsələ kimi daim gündəmdə saxlayır.
Artıq Azərbaycan dünyada həm də turizm ölkəsi kimi tanınır. Ölkənin göz oxşayan rahat və müasir magistral yolları əcnəbi turistləri daha çox cəlb edir. Ölkəmizə gələn bir də gəlmək istəyir.
Müasir yol infrastrukturu artıq Azərbaycanda özünün layiqli yerini tutmuşdur. Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə, xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir.
Bu gün də, sabah da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol inşaatçılarının bir amalı, bir məqsədi var: xalqımızın həyat səviyyəsini yüksəltmək, müstəqil Azərbaycanın çiçəklənməsinə nümunəvi xidmət göstərmək, mürəkkəb yol tikinti layihələrini bundan sonra daha da uğurla yerinə yetirmək və yeni-yeni zirvələr fəth etməkdir. Bütün bunlar həm də “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivi üçün günün şüarı, əsl deviz və əməli fəaliyyət proqramıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Quba Yol İstismarı idarəsinin rəisi İlham Cəbrayılovdur.
İlham Cəbrayılov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
İlham Cəbrayılov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
İlham Cəbrayılov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən İlham Cəbrayılovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İlham Cəbrayılov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə, cənab Saleh Məmmədova və Prezidentimizə inamını artırır!
İlham Cəbrayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Quba Yol İstismarı idarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 094
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 571
- 207
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 12-12-2020, 12:00
- 13 376
- 92
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 24-05-2020, 23:28
- 9 979
- 3
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 27-04-2019, 10:08
- 9 040
- 2
- 23-10-2019, 21:00
- 8 055
- 1
- 29-11-2019, 09:00
- 7 903
- 3
- 13-05-2020, 22:05
- 7 761
- 0
- 28-04-2019, 20:56
- 7 527
- 2
- 23-04-2019, 21:57
- 7 295
- 2
- 11-03-2022, 12:24
- 310 094
- 5 500
- 10-02-2022, 10:36
- 28 407
- 244
- 7-04-2022, 11:57
- 21 571
- 207
- 7-11-2019, 09:36
- 6 078
- 124
- 18-09-2019, 10:29
- 13 648
- 119
- 26-04-2019, 15:39
- 9 466
- 99
- 12-12-2020, 12:00
- 13 376
- 92
- 22-12-2021, 14:22
- 4 745
- 57
- 10-02-2023, 10:54
- 4 276
- 54
- 15-05-2019, 20:27
- 11 069
- 54
- 26-04-2019, 16:16
- 16 134
- 45
- 14-01-2020, 09:33
- 6 804
- 20
- 11-04-2022, 16:00
- 11 847
- 12
- 27-03-2021, 14:25
- 4 974
- 7
- 29-11-2021, 09:36
- 4 567
- 5
- 29-09-2020, 11:15
- 4 989
- 5
- 24-09-2020, 11:41
- 5 024
- 5
- 16-05-2019, 14:19
- 6 919
- 5
- 15-05-2019, 09:47
- 5 258
- 5
SOSİAL ŞƏBƏKƏLƏR