Nizami rayonda aztəminatlı ailələrə sosial dəstək davam etdirilirÖlkədə yeni növ koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması, eləcə də əhalinin sağlamlığının qorunması məqsədilə dövlət tərəfindən sistemli və təxirəsalınmaz tədbirlər həyata keçirilir, eyni zamanda, əhalinin həssas təbəqəsindən olan insanların, həmçinin aztəminatlı ailələrin sosial durumu diqqət mərkəzində saxlanılır.
Nizami rayonunda da ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş sakinlərə, tənhalara, eləcə də aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımları göstərilir.
25-27 aprel 2020-ci il tarixlərində növbəti dəfə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları rayonda yaşayan 120 imtiyazlı və aztəminatlı ailəyə baş çəkib, onlara ərzaq bağlamaları çatdırıblar.
Göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edən aztəminatlı ailələrin üzvləri dövlət başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Nizami rayonunda aztəminatlı ailələrə ərzaq yardımının göstərilməsi davam etdirilirXüsusi karantin rejimi ilə əlaqədar olaraq Nizami Rayon İcra Hakimiyyəti tərəfindən yaşı 65-dən yuxarı olan şəxslərə, tənhalara, ahıl vətəndaşlara, imtiyazlı və aztəminatlı ailələrə davamlı olaraq ərzaq yardımları göstərilir.
Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları ümumilikdə 150 ailə olmaqla, yaşı 65-dən yuxarı olan tənha şəxslərə, imtiyazlı və aztəminatlı ailələrə baş çəkərək onlara ərzaq bağlamaları paylayıblar və sağlamlıqlarının qorunması üçün evdə qalmalarını və gigiyena qaydalarına ciddi əməl etmələrini tövsiyə ediblər.
Rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Nizami rayonunda imtiyazlı və aztəminatlı ailələrə köməklik göstərilməsi davam etdirilirKoronavirus infeksiyasının qarşısının alınması məqsədilə respublikada tətbiq olunan xüsusi karantin rejimi dövründə ehtiyacı olan ailələrə Nizami Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq köməkliyi göstərilir.
22 aprel 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsi ilə birgə 75 ailə olmaqla, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan şəxslərin ailə üzvlərini ziyarət ediblər. Əməkdaşlar tərəfindən onlarla ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı profilaktik söhbətlər aparılıb və ərzaq məhsullarından ibarət bağlamalar verilib.
Şəhid ailələrinin üzvləri göstərilən diqqətə görə razılıqlarını ifadə edərək minnətdarlıqlarını bildiriblər.