• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Siraqəddin Cabbarov: Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur

Siraqəddin Cabbarov:  Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü

Siraqəddin Cabbarov:  Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur


Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov - Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz həmin gün-mayın 10-unda anadan olmuşdur.

Tarix dəfələrlə sübut etmişdir ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı.

Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu.

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Ulu öndərin siyasətinin layiqli və alternativsiz davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız özünün geostrateji, iqtisadi və mədəni potensialından daha geniş istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur. Bu bölgənin dirçəlişi və inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın Ümummilli lideri Heydər Əliyev sovetlər dönəmində və müstəqillik illərində 15 dəfə Sabirabada səfər etmişdir. O hər gəlişində rayonda zəhmət adamları ilə görüşmüş, onun diqqət və qayğısı ilə yüzlərlə sadə əmək adamı müxtəlif orden və medallara layiq görülmüşdür. Dahi şəxsiyyətin təşəbbüsü ilə rayonda Su qurğuları sistemi tikilmiş, ən ucqar kəndlərə belə mavi qaz verilmiş, Kür çayı üzərində nəhəng körpü insa olunmuş, mədəniyyət sarayı, çoxsaylı yaşayış və inzibatı binalar, 40-dan çox yeni məktəb və tibb ocaqları istifadəyə verilmişdir.

Tariximizin unudulmaz səhifələrinə çevrilən həmin illərdə Ulu öndərin tarixi səfərlərini hər bir sabirabadlı bu gün də xüsusi minnətdarlıq hissi ilə xatırlayır.

Sabirabad rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilmişdir

Siraqəddin Cabbarov:  Sabirabadın respublıkamızın abad və müasir rayonlardan birinə çevrilməsində dahi rəhbərin əvəzsiz xidmətləri olmuşdur


Müşavirədə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər.

Müşavirəni giriş sözü ilə açan rayon İçra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilk öncə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli qərarı ilə rayon ərazisində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmiş və bundan sonra da Qərargahıın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırmış, bu sahədə əhali arasında ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamışdır.

İcra başçısı daha sonra bildirmişdir ki, indi kənd təsərrüfatı işlərinin qızğın vaxtıdır. Qarşıdan gələn taxıl biçinin, pamıq əkinlərinin aqrotexniki qaydada keçirilməsi və becərilməsinin nümunəvi təşkili qarşıda duran vacib vəzifələrdəndir. İcra başçısı baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışmışdır. O bir sira ərazi vahidliklərində əkilmiş tut ağaclarına laqeyd münasibətdə olan icra nümayəndələrini ciddi tənqid etmişdir.

Müşavirədə ictimai işlərə cəlb olunmuş işçilərin işə davamiyyəti və bu sahəyə nəzarətin təşkili istiqamətində görülən işlərə də toxunulmuşdur.

Onlayn müşavirədə rayon İcra Hakimiyyətinin inzibati ərazi dairələri üzrə nümayəndələri pandemiya dövründə və əkinçilik sahəsində görülmüş işlərlə bağlı hesabat vermişlər.

Onlayn müşavirəni yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov icra stukturları qarşısında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox mühüm və təxirəsalınmaz vəzifələr qoyulduğunu xüsusi vurğulayaraq, inzibati ərazi dairələri üzrə nümayəndələrin qanunvericiliyin tələblərinə uyğun olaraq üzərinə düşən işləri daha məsuliyyətlə və ardıcıllıqla yerinə yetirməyə çağırmış, vətəndaş müraciətlərinə həssaslıqla yanaşmağı bir vəzifə olaraq bildirmişdir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 30
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 070
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 766
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter