Qaradağ rayonu Azərbaycanın sürətlə inkişaf edən müasir sənaye mərkəzidir
- 08.06.2020, 10:59,
- Gündəm / Cəmiyyət
Baxılıb: 90
Facebook
Вконтакте
Одноклассники
Google+
Qaradağ rayonunda gücləndirilmiş dezinfeksiya işləri davam edir
Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə rayonun bütün qəsəbələrində həyata keçirdiyi tədbirlər davam edir.
Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən iyunun 7-da səhər saatlarından başlayaraq rayonun əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.
Mərkəzi küçələrlə yanaşı qəsəbələrin yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq rayon sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə xəbərdarlıq ediliblər.
Gün ərzində rayonunda kommunal xidmətlərinin 300 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görmüşlər.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansında olan yaşayış binalarında, buradakı ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinaları və onun ətrafı, məişət tullantılarının atıldığı konteyner meydançalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər görülür.
Rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.
Ölkəmiz çox az bir müddət ərzində öz intibahını yaşamış və iri sıçrayışlı innovativ inkişafa nail olmuşdur. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan hazırda regionun qüdrətli dövləti, mühüm geosiyasi məkanı, ən əhəmiyyətli nəqliyyat və tranzit qovşağı, siyasi, iqtisadi və mədəniyyətlərarası dialoq mərkəzidir.
Azərbaycanın uğurlu sosial-iqtasadi inkişaf modeli öz bəhrələrini verməkdədir. Bu yüksəlişi Bakının Qaradağ rayonunun timsalında da aydın görmək mümkündür. Ölkəmizin qısa zaman kəsiyində qazandığı möhtəşəm nailiyyətlərdə Azərbaycanın ən iri sənaye mərkəzlərindən biri olan, ölkənin neft-qaz və qeyri-neft sektorunun inkişafında mühüm rol oynayan Qaradağ rayonu müstəsna əhəmiyyətə malikdir. Qaradağ rayonu Azərbaycanın ən iri neft-qaz sənaye müəssisələrinin yerləşdiyi məkanlardandır. Ulu öndərimiz Heydər Əliyevin uğurlu neft strategiyasının reallaşmasında Bakının Qaradağ rayonunun da müstəsna rolu var.
Qaradağ rayonu həm sənayesinin müstəsna əhəmiyyətinə, həm də əhalisinin sosial təbəqələşmədəki yerinə görə həmişə respublika rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu gün Azərbaycanın hər bir guşəsi kimi, rayonumuz da inkişafının keyfiyyətcə məhsuldar dövrünü yaşayır. Ulu öndərin hakimiyyəti illərində özünə güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış rayon Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son səkkiz ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında intibah kimi dəyərləndirilə biləcək mərhələnin uğurlu başlanğıcıdır. Hazırda Qaradağ rayonunun hər bir sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatında daha qabarıq hiss edir, hakimiyyətin yüksəliş və tərəqqi kursunu ürəkdən dəstəkləyir.
Son illər rayonda həyata keçirilmiş işlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Rayon icra hakimiyyəti üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, öz fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirməklə vaxtında və düzgün icrasına nail olmağa çalışır.
Rayonun qazandığı uğurların xülasəsini qısaca aşağıdakı kimi səciyyələndirmək mümkündür: Prezidentin tapşırıq və tövsiyələri dönmədən həyata keçirilir, abadlıq-quruculuq işlərinin miqyası daha da genişlənir, çoxşaxəli istehsal sahələri yaradılır, sosial problemlərin həlli istiqamətində arzulanan nəticələr əsasən əldə edilir, əhali ilə qarşılıqlı əlaqənin möhkəmləndirilməsi və onların qayğılarının öyrənilməsi istiqamətində əməli və təsirli tədbirlər həyata keçirilir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 041
- 5 499
- 10-02-2022, 10:36
- 28 380
- 244
- 7-04-2022, 11:57
- 21 532
- 207
- 26-04-2019, 16:16
- 16 105
- 45
- 18-09-2019, 10:29
- 13 623
- 119
- 12-12-2020, 12:00
- 13 344
- 92
- 11-04-2022, 16:00
- 11 822
- 12
- 15-05-2019, 20:27
- 11 042
- 54
- 24-05-2020, 23:28
- 9 953
- 3
- 26-04-2019, 15:39
- 9 438
- 99
- 27-04-2019, 10:08
- 9 014
- 2
- 23-10-2019, 21:00
- 8 030
- 1
- 29-11-2019, 09:00
- 7 878
- 3
- 13-05-2020, 22:05
- 7 736
- 0
- 28-04-2019, 20:56
- 7 502
- 2
- 23-04-2019, 21:57
- 7 270
- 2
- 11-03-2022, 12:24
- 310 041
- 5 499
- 10-02-2022, 10:36
- 28 380
- 244
- 7-04-2022, 11:57
- 21 532
- 207
- 7-11-2019, 09:36
- 6 044
- 123
- 18-09-2019, 10:29
- 13 623
- 119
- 26-04-2019, 15:39
- 9 438
- 99
- 12-12-2020, 12:00
- 13 344
- 92
- 22-12-2021, 14:22
- 4 719
- 57
- 10-02-2023, 10:54
- 4 242
- 54
- 15-05-2019, 20:27
- 11 042
- 54
- 26-04-2019, 16:16
- 16 105
- 45
- 14-01-2020, 09:33
- 6 779
- 20
- 11-04-2022, 16:00
- 11 822
- 12
- 27-03-2021, 14:25
- 4 949
- 7
- 29-11-2021, 09:36
- 4 542
- 5
- 29-09-2020, 11:15
- 4 964
- 5
- 24-09-2020, 11:41
- 4 999
- 5
- 16-05-2019, 14:19
- 6 894
- 5
- 15-05-2019, 09:47
- 5 233
- 5
SOSİAL ŞƏBƏKƏLƏR