Azər İsmayılov: Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir
- 09.06.2020, 11:13,
- Gündəm / Cəmiyyət
Baxılıb: 91
Facebook
Вконтакте
Одноклассники
Google+
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov - Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdı
Respublikamızda xüsusi karantin rejiminin tətbiq edildiyi, bütün dövlət strukturlarının fəaliyyətinin əhalinin sağlamlığının qorunmasına yönəldiyi bir vaxtda bəzi vəzifəli şəxslərin mövcud vəziyyət və şəraitdən öz mənafeləri üçün istifadə edərək hüquqazidd əməllərinə yol vermələri ilə bağlı araşdırmaların aparılması tədbirləri ardıcıl olaraq həyata keçirilir. Həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Baş Prokurorluğun həyata keçirdiyi əməliyyatlar nəticəsində Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimi ilə bağlı qaydaların müxtəlif yollarla pozulması, vəzifə imkanlarından sui-istifadə etməklə, rüşvət almaqla, kimsəsiz və aztəminatlı ailələrə göstərilən yardımları mənimsəməklə cinayət məsuliyyətinə cəlb edilənləri xalq pislədi. Zorla özgəsinin payını əlindən almaq, başqasının süfrəsinə əl uzatmaq kimi bəd əməllər millətimizə xas olmayan xüsusiyyətlərdən sayılıb. Əslində 2018-ci ildən başlanmış, 2019-cu ildə daha geniş vüsət alan, cari ildə də davam etdirilməkdə olan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən islahatlar xalqımız tərəfindən razılıqla qarşılanır.
Ölkə başçısı tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslərin dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyat tədbirləri nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçıları həbs olunmuşlar. Onların aqibətindən ibrət götürməyən növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısı oldu. Onların törətdikləri dövlətçiliyə və xalqa xəyanətdən başqa heç nə ilə əvəz oluna bilməz. Korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi, vətəndaş-məmur münasibətlərində aparılan islahatlarda daha sağlam prinsiplərə nail olunması dövlətimizin prioritet məsələlərindən birinə çevrilmişdir. Bu sahədə əldə edilmiş uğurlarla yanaşı, əfsuslar olsun ki, əhali arasında narazılıqlar yaratmış neqativ halların baş verməsi, təkrarlanması faktları da müşahidə olunmuşdur. Ən yüksək səviyyədə edilən çağırışlar, xəbərdarlıqlar, eləcə də ifşa olunmuşların acı aqibəti bəd əməllər yolunu tutanlara bir dərs olmamışdır.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur.
Bu baxımdan Salyan rayonunda da öz işinə məsuliyyətlə yanaşmayan məmurlara qarşı kəskin mübarizə aparılır. Belə ki, Salyan rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə komissiya yaradılmış, komissiya üzvləri ərazilərdə yoxlamalar aparmışdır. Karantin rejiminin tələblərini pozduğuna görə Salyan Rayon İcra Hakimiyyəti başçısının Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sadiq Dəmirov tutduğu vəzifədən azad edilmiş, fəaliyyətinin araşdırılması üçün rayon prokurorluğuna müraciət olunmuş və barəsində rayon prokurorluğunda cinayət işi açılmışdır. Hazırda cinayət işi ilə əlaqədar istintaq aparılır.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş Prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini,
cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirmişdir. Prezident bildirmişdir: «Qanun qarşısında hamı bərabərdir, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir».
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin bəyan etdiyi fikirlərinin bariz göstəricisi oldu. Sözügedən Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən elə özləri üçün istifadə etməklə cəmiyyətin və dövlətin mənafelərinə zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermişlər. Ölkə başçısının dediyi kimi, onlar da qanundan kənarda qalmamış, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Belə məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Ölkəmizin başçısı cənab İlham Əliyevin dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmaq üçün qətiyyətli addımlar atdığı bir vaxtda ciyayətə cəlb olunan məmurlar bu siyasətə qarşı mənəviyyata sığmayan hərəkətlər etməklə əslində dövlətin mənafeyinə ciddi zərbə vurur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi Azərbaycanda korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürüdür. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Prezident İlham Əliyev: «Bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda dövlətin maraqları və qanunun aliliyi təmin olunsun»-deyə öz tövsiyələrini vermişdir.
Ölkəmizdə meliorasiya sahəsində mühüm layihələr reallaşdırılır, yeni infrastruktur obyektləri tikilib istifadəyə verilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkənin su və meliorasiya təsərrüfatının daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu da ondan irəli gəlir ki, meliorasiya və su təsərrüfatı həmişə olduğu kimi, bu gün də ölkəmizin iqtisadiyyatında aparıcı rolunu qoruyub saxlayır və bu sahə regionların sosial-iqtisadi inkişafında mühüm əhəmiyyətə malikdir. Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır.. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Bu gün hər bir Azərbaycan vətəndaşı ölkəmizin regionun lider dövlətinə çevrilməsindən, sürətlə inkişaf edən iqtisadiyyatımızdan, ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən fərəhlə danışa bilir.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsində bundan sonra da fəaliyyətini yüksələn xətt üzrə davam etdirəcək
Azər İsmayılovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, Azər müəllimin adı ölkənin kütləvi informasiya vasitələrində tez-tez çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu, Azər İsmayılovun fəaliyyətinin müəyyən özəllikləri, rəisi olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsi işində müəyyən məqamlarda məxfiliyin gözlənilməsinin vacibliyi ilə əlaqədardır. Lakin Azər müəllimi yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər də hər bir insana yalnız baş ucalığı gətirə bilər.
“Qara mətbuat”da Azər İsmayılovun tutduğu vəzifədən kənarlaşdırılacağı haqda yalan xarakterli məlumatların yayılması onu göstərir ki, Azər İsmayılovun dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Azər müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarının inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirən İdarə rəisi Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsində işlərin yüksək səviyyədə qurulmasına nail olub.
Biz isə əminik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin rəisi Azər İsmayılov bütün qarayaxmlara baxmayaraq, onlara əhəmiyyət vermədən yoluna yenə də əvvəlki əzm və iradəylə, yüksək peşəkarlıqla davam edəcək, 2020-ci ildə daha böyük uğurlara imza atacaq.
Xeberdar.az xəbərdarlıq edir: Xəbəri götürərkən istinad etmək mədəniyyətdir
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 152
- 5 502
- 10-02-2022, 10:36
- 28 435
- 244
- 7-04-2022, 11:57
- 21 604
- 207
- 26-04-2019, 16:16
- 16 162
- 45
- 18-09-2019, 10:29
- 13 674
- 119
- 12-12-2020, 12:00
- 13 412
- 92
- 11-04-2022, 16:00
- 11 873
- 12
- 15-05-2019, 20:27
- 11 096
- 54
- 24-05-2020, 23:28
- 10 005
- 3
- 26-04-2019, 15:39
- 9 498
- 99
- 27-04-2019, 10:08
- 9 066
- 2
- 23-10-2019, 21:00
- 8 082
- 1
- 29-11-2019, 09:00
- 7 929
- 3
- 13-05-2020, 22:05
- 7 787
- 0
- 28-04-2019, 20:56
- 7 553
- 2
- 23-04-2019, 21:57
- 7 325
- 2
- 11-03-2022, 12:24
- 310 152
- 5 502
- 10-02-2022, 10:36
- 28 435
- 244
- 7-04-2022, 11:57
- 21 604
- 207
- 7-11-2019, 09:36
- 6 117
- 126
- 18-09-2019, 10:29
- 13 674
- 119
- 26-04-2019, 15:39
- 9 498
- 99
- 12-12-2020, 12:00
- 13 412
- 92
- 22-12-2021, 14:22
- 4 778
- 58
- 10-02-2023, 10:54
- 4 317
- 57
- 15-05-2019, 20:27
- 11 096
- 54
- 26-04-2019, 16:16
- 16 162
- 45
- 14-01-2020, 09:33
- 6 830
- 20
- 11-04-2022, 16:00
- 11 873
- 12
- 27-03-2021, 14:25
- 5 000
- 7
- 29-11-2021, 09:36
- 4 593
- 5
- 29-09-2020, 11:15
- 5 016
- 5
- 24-09-2020, 11:41
- 5 050
- 5
- 16-05-2019, 14:19
- 6 945
- 5
- 15-05-2019, 09:47
- 5 284
- 5
SOSİAL ŞƏBƏKƏLƏR