İlyas Hacıyev heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır
- 17.06.2020, 11:23,
- Gündəm / Cəmiyyət
Baxılıb: 108
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev - Dünyada koronavirusa qarşı mübarizədə Azərbaycanın adı birincilər cərgəsində gəlir
Hazırda hər kəsə bəllidir ki, dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronovirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Ölkəmiz koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.
Bu gün dünya üzərində müşahidə aparılsa, aydın şəkildə görünər ki, koronavirus infeksiyası hər bir dövləti ciddi sınaq qarşısında qoymuşdur. Bəzisi bu sınaqdan layiqincə çıxmaqdadır, bəzisi isə çoxsaylı insan itkisi ilə hələ də mübarizə aparmaqdadır. Bütün bunlara baxmayaraq əminliklə deyə bilərik ki, Azərbaycanın sözügedən vurusa qarşı həyata keçirdiyi siyasət çox uğurludur və bu təkcıə Azərbaycan xalqı tərəfindən deyil, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezidentimizə ünvanladığı məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Prezident İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlər sayəsində bu gün koronavirusa qarşı ən effektiv mübarizə aparan ölkələrdən söz açdıqda Azərbaycanın adı birincilər cərgəsində gəlir. Eləcə də, effektiv nəticələrə görə Azərbaycanda koronavirusa qarşı aparılan mübarizə beynəlxalq səviyyədə təqdir olunur. Azərbaycan Prezidentinin yaranmış vəziyyətin sosial-iqtisadi sferaya çətinlik yaratmaması ilə bağlı verdiyi qərarlar da Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təqdir olunur. Yeri gəlmişkən qeyd olunmalıdır ki, Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş vermiş hadisədir. Qeyd olunmalıdır ki, məhz Azərbaycan daim bir-biri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını koronavirus təhlükəsi zamanı bir araya gətirməyə müvəffəq olmuşdur. Sadalanan faktlar Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın dünya miqyasında nüfuzunu daim artdığının göstəricisidir. Bu uğurların davamlı olacağı heç kəsdə şübhə doğurmur.
Gənclərdə vətənpərvərlik ruhunun yuksəldilməsi, onlara milli-mənəvi dəyərlərin aşılanması yönündə regionda göstərdiyi əvəssiz xidmətlərinə görə regional idarənin rəisi İlyas Hacıyevə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin mükafatı - “Vətən naminə” medalı ilə təltif edilib.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyevdir.
Haciyev İlyas Xəlil oğlu 13 sentyabr 1955-ci ildə Bərdə rayon Hacallı kəndində anadan olub. 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutuna daxil olub, 1976-cı ildə həmin institutun tarix fakultəsini bitirib. Bərdə rayon Hacallı kənd 8 –illik məktəbdə 1976 cı ildən 1977-ci ilədək tarix müəllimi, sentyabr1977-ci ildən1989-cu ilədək təlim-tərbiyə işləri üzrə direktor müavini, oktyabr 1989-cu ildən 1995-ci ilədək direktor, oktyabr 1995-ci ildən dekabr 1995-ci ilədək Bərdə rayon XDS İK-nin Təşkilat şöbəsində təlimatçı, 1996-cı ildən 2001-ci ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində təlimatçı, 2002-ci ildən 2007-ci ilədək Bərdə Bələdiyyəsində baş hüquqşünas, 2007-ci ildən 2010-cu ilədək Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında Ərazi Idarəetmə orqanları ilə iş şöbəsində müdir işləmiş, 2010-cu ildən 2011-ci ilədək fərdi əməklə məşğul olmuş, 2011-ci ildən Bərdə rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai təçkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri vəzifəsində, 2012-ci il may ayından 2017-ci il yanvar ayına qədər Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-ci il yanvar ayından Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsində işləyir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən İlyas Hacıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. İlyas Hacıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu İlyas Hacıyevdən danışdılar yaxşı ki, İlyas Hacıyev Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub… İlyas Hacıyev öz isguzarlığı ilə tanınır və seçilir….
İlyas Hacıyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
İlyas Hacıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
İlyas Hacıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
İlyas Hacıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə İlyas Hacıyev özünü doğruldub. Bizdə hörmətli İlyas Hacıyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 161
- 5 502
- 10-02-2022, 10:36
- 28 436
- 244
- 7-04-2022, 11:57
- 21 606
- 207
- 26-04-2019, 16:16
- 16 163
- 45
- 18-09-2019, 10:29
- 13 675
- 119
- 12-12-2020, 12:00
- 13 413
- 92
- 11-04-2022, 16:00
- 11 874
- 12
- 15-05-2019, 20:27
- 11 097
- 54
- 24-05-2020, 23:28
- 10 006
- 3
- 26-04-2019, 15:39
- 9 500
- 99
- 27-04-2019, 10:08
- 9 067
- 2
- 23-10-2019, 21:00
- 8 083
- 1
- 29-11-2019, 09:00
- 7 930
- 3
- 13-05-2020, 22:05
- 7 788
- 0
- 28-04-2019, 20:56
- 7 554
- 2
- 23-04-2019, 21:57
- 7 326
- 2
- 11-03-2022, 12:24
- 310 161
- 5 502
- 10-02-2022, 10:36
- 28 436
- 244
- 7-04-2022, 11:57
- 21 606
- 207
- 7-11-2019, 09:36
- 6 119
- 126
- 18-09-2019, 10:29
- 13 675
- 119
- 26-04-2019, 15:39
- 9 500
- 99
- 12-12-2020, 12:00
- 13 413
- 92
- 22-12-2021, 14:22
- 4 779
- 58
- 10-02-2023, 10:54
- 4 323
- 57
- 15-05-2019, 20:27
- 11 097
- 54
- 26-04-2019, 16:16
- 16 163
- 45
- 14-01-2020, 09:33
- 6 831
- 20
- 11-04-2022, 16:00
- 11 874
- 12
- 27-03-2021, 14:25
- 5 001
- 7
- 29-11-2021, 09:36
- 4 594
- 5
- 29-09-2020, 11:15
- 5 017
- 5
- 24-09-2020, 11:41
- 5 052
- 5
- 16-05-2019, 14:19
- 6 946
- 5
- 15-05-2019, 09:47
- 5 285
- 5
SOSİAL ŞƏBƏKƏLƏR