• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Müasirləşən və gözəlləşən MASALLI

Müasirləşən və gözəlləşən MASALLI


Masallı Respublikamızın o şəhərlərindəndir ki, bura hər dəfə səfər edəndə yeni mənzərə və yeni ab-hava ilə qarşılaşırsan. Bu rayona son 3 ildə biz Xeberdar.az olaraq, jurnalistlərin bir neçə səfəri təşkil olunub. Media nümayəndələri hər səfərlərində mütləq hansısa yeniliklə tanış olub, ötən dəfə görmədikləri binalar və parklarla qarşılaşıblar.
Jurnalistlərin budəfəki səfəri də əvvəlkilərdən fərqlənmədi. Bu dəfə də tamam başqa bir Masallı ilə qarşılaşdıq. Getdikcə müasir görkəm alan bu şəhərdə həyat da əvvəlki illərlə müqayisədə qaynar məcraya yönəlir. Açığı, 3 il əvvəl Masallı bir qədər darıxdırıcı və sıxıcı idi. Baxmayaraq ki, o zaman da burada müxtəlif infrastruktur layihələri həyata keçirilirdi, amma adama "gəl-gəl" deyə biləcək mühitdən danışa bilməzdik. Növbəti səfərimizdə Masallı bir başqa rəngə bürünmüşdü. Artıq "sıradan və maraqsız" Azərbaycan şəhəri görkəmindən əsər-əlamət qalmamışdı. Yalnız təbiəti ilə qürrələnmək istəməyən qətiyyətli bir obrazı yaranırdı Masallının. Görülən işlərdən, insanların söhbətindən hiss edirdin ki, Masallı fərqlənməyi, seçilməyi hədəfləyib və sözün açığı bu prosesin olduqca sürətlə gedəcəyini təsəvvür etmək bir qədər çətin idi. Amma budəfəki səfərimizdə əmin olduq ki, Masallı həqiqətən də iddialı bir cənub şəhərinə çevrilib. Çağdaş dövrün tələblərinə cavab verən infrastruktur layihələri, insanların istirahətini təmin edən komplekslər, yeni iş yerləri, turizm potensialının artırılması xüsusunda görülən işlər, müasirliklə ənənələrin vəhdətini təşkil edən proqramlar və ən başlıcası işləmək, xidmət etmək istəyən insanların varlığı bu rayonu həqiqətən də fərqləndirə biləcək amillərdir.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov insanların torpağa qayıtmasının, aqrar sahənin inkişaf etdirilməsinin tərəfdarlarındandır. Söhbətində əsasən Masallı camaatının təsərrüfata meyllənməsi üçün aparılan işlərdən bəhs etdi. Qeyd etdi ki, özü şəxsən yerli sakinlərlə, kənd camaatı ilə görüşlər keçirib, hansı məhsulların gəlir gətirə biləcəyini müzakirə edir: "Çalışırıq ki, insanlarımızın torpaqla ünsiyyətini yenidən əvvəlki məcraya qaytaraq. Gedirəm kəndlərə, camaatla söhbət aparıram, bu il daha çox nədən gəlir götürə biləcəklərini izah edirəm. Deyirəm ki, məsələn, kələm, kartof əksəniz daha çox gəlir əldə edə bilərsiniz. İstədiyimiz odur ki, insanlarımız sərf etdikləri zəhmətin bəhrəsini görsünlər, əkin işləri kortəbii formada aparılmasın. Bazarı öyrənmək, hansı məhsula daha çox tələbat olacağını müəyyən etmək lazımdır. Bilirsiniz ki, dövlətimiz kənd təsərrüfatının inkişafında maraqlıdır. Cənab Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırır, dəstək verir. Gərəkdir ki, insanlarımız yaradılmış şəraitdən istifadə edib, yeni-yeni təsərrüfatlar yaratsınlar, torpaqla işləyib, bunun qarşılığını görsünlər".
Şahin Məmmədov Masallıda aqrar sahənin və turizmin daha da inkişaf etdirilməsi ilə bağlı xeyli maraqlı fikirlər səsləndirdi. İnanırıq ki, növbəti səfərimizdə bu fikirlər də artıq görülmüş işlər sırasına əlavə olunacaq.

Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

Müasirləşən və gözəlləşən MASALLI


Rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 28 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, 2 ərazidə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, 1 EATS, 1 həkim məntəqəsi, 9 küçə, 49 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 171 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə 2888 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.

4. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 40 nəfər əlavə olunaraq ümumilikdə 410 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. Onlardan 85 nəfəri işə çıxmadıqları üçün işdən azad edilmişdir. Habelə 2 aylıq əmək müqaviləsi başa çatmış 141 nəfərin müqaviləsinə xitam verilmişdir. Hal hazırda 184 nəfər ictimai işlərdə çalışır. Ayrılmış yerlərə görə vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.

5. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mobil qruplar Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparmışlar.
Habelə Masallı rayon İcra hakimiyyətinin tapşırığına əsasən rayonun 2 qəsəbə və 100 kəndində 367 nəfərdən ibarət 92 mobil qrup yaradılmışdır. Belə ki, 28.06.2020-ci il tarixdə qəsəbə və kəndlərdə yaradılmış mobil qruplar tərəfindən rayon üzrə 4508 nəfərlə görüşülmüş, onlarla maarifləndirici söhbətlər aparılmışdır. Ümumilikdə qəsəbə və kəndlər üzrə mobil qruplar tərəfindən 17259 nəfərlə maarifləndirici söhbətlər aparılmışdır.

6. 28 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 69 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 7136 nəfərdən yaxma götürülmüşdür.

7. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 28 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 12 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 181 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

Masallıda taxıl biçini başa çatdı

Müasirləşən və gözəlləşən MASALLI


Masallı rayonu üzrə ümumilikdə 9634 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 6917 hektarı buğda və 2717 hektarı isə arpa sahəsi olmuşdur.

29 iyun 2020-ci il tarixə rayon üzrə bütün taxıl sahələri biçilmiş və ümumilikdə 22116,4 ton məhsul götürülmüşdür ki, bunlardan 16271,7 ton buğda, 5844,7 ton arpa bitkisi təşkil edir.

2019-cu ilin müvafiq dövründə rayon üzrə ümumilikdə 10282 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 7496 hektarı buğda və 2786 hektarı isə arpa sahəsi olmuşdur. Ümumilikdə isə sahələrdən 23508,6 ton məhsul götürülmüşdür ki, bunlardan 17540,6 ton buğda, 5968 ton arpa bitkisi təşkil etmişdir.

Belə ki, 2019-cu ildə taxıl biçinində hər hektara düşən orta məhsuldarlıq 22,9 sentiner olmuşdusa 2020-ci ildə hər hektara düşən orta məhsuldarlıq 23 sentiner təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1 sentiner çoxdur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 46
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 47
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 53
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 087
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 784
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter