• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Atamoğlan Babayev: Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir

Atamoğlan Babayev: Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb və bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir


Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayev - Azərbaycanda son 17 il ərzində infrastruktur layihələr uğurla həyata keçirilir.Bu isə ölkəmizin müasirləşməsinə, qeyri neft sektoruna, xüsusən də regionların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də videoformatda keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə bu illər ərzində qarşıya qoyulan bütün vəzifələrin və infrastruktur layihələrin uğurla yerinə yetirildiyi ilə bərabər, respublikada içməli su və meliorasiya layihələrinin də hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.

İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.

Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə özümüzü uzun müddət ərzində elektrik enerjisi ilə təmin etməklə yanaşı, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımızı da yaranıb. Hazırda 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu isə qürurvericidir.

İnfrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də öz yerini tapıb. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminatı 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi, bu gün isə bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi, bu gün bu rəqəm 63 faiz təşkil edir.

Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Bu illər ərzində Oğuz-Qəbələ-Bakı su kəməri, su tutumu 270 milyon kubmetr olan və təqribən 30 min hektar suvarılmayan torpaqlara su verən Taxtakörpü su anbarı, su tutumu 165 milyon kubmetr olan Şəmkirçay su anbarı, cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları inşa edilmişdir. Ceyranbatan su anbarı yenidən qurulmuş, müasir təmizləyici qurğular inşa edilmişdir. Ümumiyyətlə, son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.

“Bu doğurdan da tarixi nailiyyətdir. Biz bunu ilk növbədə insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik.” Bunu videoformatda keçirilən müşavirədə ölkə rəhbəri İlham Əliyev deyib.

Dostlarımız olan KİV nümayəndələrinə xatırlatmaq istəyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kim nə məqsədə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı belə münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar Bərdə əhalisi tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayev rayon əhalisi tərəfindən sevilir, hörmətlə qəbul ədilir. Çünki, o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də ən böyük uğuru qazanıb. Bu uğur xalqa məxsusdur. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan verərsiniz ənənəvi hal alar. Amandı, gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq nə dərəcədə düzdür? Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Atamoğlan Babayevi nüfuzdan salmağa çalışırlar.

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Atamoğlan Babayevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

P.S. Xeberdar.az olaraq bəzilərinin diqqətinə çatdırır ki, Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayevin bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Ağcabədi su-kanal sahəsinin rəisi Atamoğlan Babayevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarakterli yazılara görə üzr istəyəcəklər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 029
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 718
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter