Əhməd Əhmədzadə: Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Ordumuz”
- 21.10.2020, 12:09,
- Gündəm / Cəmiyyət
Baxılıb: 112
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin təsərrüfat hesablı idarələri tərəfindən əlavə olaraq Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə edilib
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan təsərrüfat hesablı idarələri işğal altındakı torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 100 000 manat ianə ediblər. Belə ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan
-“Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi”,
-“Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu”,
- “Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu”,
- “Samur-Abşeron Kanalı İstismarı İdarəsi”,
- “Bakı İxtisaslaşdırılmış Elektrik Avadanlıqlarının Təmir-Quraşırma və
Sazlama İdarəsi”,
- “Gəncə İxtisaslaşdırılmış Təmir-Quraşdırma və Sazlama İdarəsi”,
- “Qazax Melioservis İdarəsi”,
- “Kürdəmir Melioservis İdarəsi” və
- “Bəhramtəpə Melioservis İdarəsi” Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olublar.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi şanlı Azərbaycan Ordusunun Qarabağ Vətən müharibəsində qələbəsinə əmindir.
Qarabağ Bizimdir, Qarabağ Azərbaycandır!
Tərtərçay Sol Sahil və Xanarx kanalının yenidən qurulması tədbirləri
Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusunun torpaqlarımızın erməni qəsbkarlarının işğalından azad edilməsi uğrunda apardığı əks hücumlar nəticəsində bir çox ərazilərimizin, o cümlədən Suqovuşan kəndinin işğaldan azad olması və orada yerləşən su anbarından və hidroqovşaqdan əkin sahələrinə suyun verilməsi ölkəmizdə böyük ruh yüksəkliyi yaratmışdır. Bunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuş 22 ədəd hidroqovşaq, kollektor və suvarma kanallarında prioritet layihə olaraq Tərtərçay hidroqovşaq suvarma sisteminə daxil olan Tərtərçay Sol Sahil və Xanarx kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması və layihələndirmənin həyata keçirilməsi üçün məsləhətçi layihə şirkətinin seçilməsi məqsədilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən tender elanı verilmişdir. Bu kanalların yenidən qurulması ilə Tərtər, Goranboy, Yevlax və Bərdə rayonlarının 20 min hektara yaxın əkin sahələrinin su təminatı yaxşılaşdırılacaq.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə - Hörmətli cənab prezidentim, sentyabrın 27-dən başlayaraq mənfur qonşumuz, erməni təcavuzkarlarının torpaqlarımıza və xüsusən də Ağdam, Fizuli, Tərtər rayonlarımıza qarşı etdiyi hücumlar Qüdrətli ordumuz tərəfindən əks - hücum əməliyyatı keçirərək düşmənə layiqincə cavablar verilmişdir.
Siz həmişə, o cümlədən, Ermənistanın hərbi təxribatlarına qarşı başlanılan son əks –hücum əməliyyatlarının gedişində yenilməz siyasi iradə, əzm, qətiyyət prinsparlıq nümayış etdirdiz. Düşmən ölkənin havadarları olan dövlətlər və böyük güclərin təzyiqlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edirsiz. Bu günlərdə bütün dünya Azərbaycan xalqının bir daha əzmini gördü. Ərazilərin işğaldan azad edilməsi üçün bütün xalq Ali Baş Komandanın ətrafında səfərbərdir.
Ermənistan ikinci atəşkəs elanından dərhal sonra, gecə yarısı Gəncəni yenə namərdcəsinə vurub, 13 nəfər dinc sakin – uşaq, qadın, qoca yatarkən qətl edilib. 50-dən çox insan yaralanıb, insanların evləri tarmar edilib. Ermənistan döyüş meydanında məğlub olanda heyflərini dinc əhalimizdən çıxıblar, bu birinci Qarabağ savaşında da belə olub, Xocalını törədənlər də onlardır. Bu insanlıq əleyhinə cinayətdir, heç bir müharibə qanununa, beynəlxalq konvensiyalara uyğun gəlmir.
Azərbaycan ordusu heç vaxt mülki şəxslərə atəş açmayıb, bu gün də açmır. Müharibəni mərdcəsinə aparır.
Dinc torpaqlarımıza hücumlar olsa da, vətəndaşlarımız öz torpaqlarında yaşayırlar və heç yerə getməyəcəklərini qürurla bildirirlər.
Ermənistanın məqsədi məlumdur: biz də İrəvanı vuraq, bununla da münaqişəyə Rusiya və KTMT qatılsın...
Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçını qovur. Bizim Ermənistan ərazisində hərbi məqsədimiz yoxdur. Lakin, Ermənistan ərazisindən Azərbaycanın dinc şəhərlərinə qarşı təhlükəli silahlardan istifadə edilərsə, necə ki, Gəncə Vardenis rayonu ərazisindən vuruldu, bu artıq Azərbaycana özünü müdafiə hüququnu verir.
Gəncədə ölən günahsız körpə, qadın və valideynlərin qisasını şanlı ordumuz döyüş meydanında aldı! Füzuli şəhəri və ətraf bir neçə kənd işğaldan azad edildi, tarixi Xudafərin körpüsü bizim nəzarətimizə keçdi! Həm Füzulidə, həm də Xudafərində üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.
Azərbaycanın haqlı və ədalətli mübarizəsi dünya ölkələri tərəfindən dəstəklənir. Ən çox qardaş Türkiyə mənəvi dəstək olur, bu da xalqımızı ruhlandırır. Son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan ordusunun uğurunu ifadə edir.
“Şuşanın Azərbaycan vətəndaşlarının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.” Cənab Prezidentin bu sözləri bizi çox ümidləndirir.
Əlbəttə, bu müharibədə itkilərimiz bizi kədərləndirir. Mülki əhalimiz tələf olur, gənc əsgərlərimiz, hərbçilərimiz rəşadət, fədakarlıq göstərərək şəhid olurlar.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Bu əlbəttə böyük faiədir, lakin xalqımız dözür və bir arzuyla yaşayır – Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarımızda qaldırılması!
Əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz xalqımızın arzusunu gerçəkləşdirəcək! Tezliklə işğaldan azad olmuş torpaqlarımıza qaçqınlarımız qayıdacaq, geniş quruculuq işləri başlayacaq!
Yaşasın Ali Baş Komandan, yaşasın Müzəffər Ordumuz”.
Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 050
- 5 499
- 10-02-2022, 10:36
- 28 388
- 244
- 7-04-2022, 11:57
- 21 542
- 207
- 26-04-2019, 16:16
- 16 114
- 45
- 18-09-2019, 10:29
- 13 631
- 119
- 12-12-2020, 12:00
- 13 352
- 92
- 11-04-2022, 16:00
- 11 830
- 12
- 15-05-2019, 20:27
- 11 050
- 54
- 24-05-2020, 23:28
- 9 962
- 3
- 26-04-2019, 15:39
- 9 446
- 99
- 27-04-2019, 10:08
- 9 022
- 2
- 23-10-2019, 21:00
- 8 038
- 1
- 29-11-2019, 09:00
- 7 886
- 3
- 13-05-2020, 22:05
- 7 744
- 0
- 28-04-2019, 20:56
- 7 510
- 2
- 23-04-2019, 21:57
- 7 278
- 2
- 11-03-2022, 12:24
- 310 050
- 5 499
- 10-02-2022, 10:36
- 28 388
- 244
- 7-04-2022, 11:57
- 21 542
- 207
- 7-11-2019, 09:36
- 6 057
- 124
- 18-09-2019, 10:29
- 13 631
- 119
- 26-04-2019, 15:39
- 9 446
- 99
- 12-12-2020, 12:00
- 13 352
- 92
- 22-12-2021, 14:22
- 4 728
- 57
- 10-02-2023, 10:54
- 4 254
- 54
- 15-05-2019, 20:27
- 11 050
- 54
- 26-04-2019, 16:16
- 16 114
- 45
- 14-01-2020, 09:33
- 6 787
- 20
- 11-04-2022, 16:00
- 11 830
- 12
- 27-03-2021, 14:25
- 4 957
- 7
- 29-11-2021, 09:36
- 4 550
- 5
- 29-09-2020, 11:15
- 4 972
- 5
- 24-09-2020, 11:41
- 5 007
- 5
- 16-05-2019, 14:19
- 6 902
- 5
- 15-05-2019, 09:47
- 5 241
- 5
SOSİAL ŞƏBƏKƏLƏR