• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Narkotik işində adı keçən şirkət rəhbəri tenderin qalibi olub - FOTO

Narkotik işində adı keçən şirkət rəhbəri tenderin qalibi olub - FOTO


Füzuli Rayonu İcra Hakimiyyəti mal-materialların satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

“Yol-xeber.az” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Mantı LM Group” MMC olub. Qalib şirkətlə 130,777 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.

Qeyd edək ki, “Mantı LM Group” MMC-nin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğlu, nizamnamə kapitalı 2 manatdır. Şirkət Bakı şəhəri Nərimanov rayonu, E.İsakzadə ev.10/8 m.0 ünvanında qeydiyyatdadır.

Onu da qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, Rzaquliyev İrşad Elham oğlu ötən ilin sentyabrında avtomobil oğurluğunda təqsirləndirilərək saxlanılıb. Nərimanov Rayon Polis Bölməsinin keçirdiyi əməliyyatda əvvəllər məhkum olmuş İ. Rzaquliyev təqsirini boynuna alıb. Eyni zamanda onun üzərindən narkotik maddə sayılan kakos aşkar edilib.

Məsələ ilə bağlı Füzuli Rayonu İcra Hakimiyyəti nümayəndələri ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Narkotik işində adı keçən şirkət rəhbəri tenderin qalibi olub - FOTONarkotik işində adı keçən şirkət rəhbəri tenderin qalibi olub - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 038
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 728
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter