• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Qarabağdan qaçan erməniləri İrəvandan da qovurlar

  • 10.08.2021, 12:16,
  • Hadisə
  • Baxılıb: 54
Qarabağdan qaçan erməniləri İrəvandan da qovurlar


Vaxtilə zəbt etdikləri azərbaycanlıların evlərini tərk edib İrəvana pənah aparan erməni ailələrinin problemləri başlayıb. Yataqxanada məskunlaşan erməni ailələrindən mənzillərini tərk etmələri tələb olunur. Lakin getməyə heç bir yeri olmadıqlarını bildirirlər. Bildirirlər ki, onlar fevral ayından etibarən yataqxanada yaşamağa məcburdurlar.

Milli.Az bildirir ki, o zaman onlara mənzil problemi həll edilənə qədər burada yaşaya biləcəkləri söylənilib. İndi isə deyirlər ki, "10 gündən sonra hindli tələbələr gələcək, çox pul ödəyirlər. Sosial təminat, azyaşlı uşaqla yaşaya bilməyəcəyiniz bir yer təklif edilir. Getməyə heç bir yerimiz yoxdur və sabah son gündür", - deyə qarabağlı qadınlardan biri bildirib.

Onlar başqa mənzil tapmağın daha çətin olduğunu söyləyirlər. "Soruşurlar ki, "siz qarabağlısınızmı? "Bəli" deyirik və bizə cavab verilmir. Bu münasibət nədir? Bir erməni bizə qarşı bunu edərsə, türklər nə edəcək? Türklər bizi evdən qovdular, indi də buradan qovurlar, bu həqiqətən mümkündürmü? Pul istəmirik, evə ehtiyacımız var", - deyə başqa bir qadın göz yaşları içində deyib. Onlar daimi yaşamaq üçün gəlmədiklərini, yalnız yaşayış yeri məsələsi həll olunana qədər müvəqqəti mənzilə ehtiyac duyduqlarını vurğulayıblar.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 5
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter