• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Sabiq deputat vəfat etdi - FOTO

  • 11.01.2022, 11:00,
  • Hadisə
  • Baxılıb: 80
Sabiq deputat vəfat etdi - FOTO


Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov vəfat edib.

Bunu Ölkə.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

V.Ənsərov uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Vəzirxan Ənsərov 1946-cı ildə anadan olub. 1983-1991-ci illərdə Sumqayıt şəhər Xalq Deputatları Sovetinin üç çağırış deputatı seçilib. 2000-ci ildən 2009-cu ilədək 43 saylı Sumqayıt üçüncü seçki dairəsinin dairə seçki komissiyasının sədri vəzifəsində çalışıb. YAP Sumqayıt şəhər təşkilatında təşkilat şöbəsinin müdiri, sədr müavini, idarə heyətinin və şuranın üzvü seçilib.

Prezident İlham Əliyevin 2014-cü il 19 sentyabr tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub. Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü idi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter